rumlular
rundi
OBASTAN VİKİ
Rumpelstiltskin
Rumpelştiltsxen (bəzən Rumpelstiltskin (əsasən ingilis variantında) kimi yazılır, alm. Rumpelstilzchen) — məşhur alman xalq nağılında qəddar cırtdandır. Almaniyadan başqa İngiltərə, Niderland, Çexiyada da müxtəlif adlarla (Tom Tit Tot, Päronskaft, Repelsteeltje, Cvilidreta, Rampelník/Rumplcimprcampr) xalq nağılı kimi məhşurdur. 1812-ci ildə Qrimm Qardaşları tərəfindən toplanılıb "Uşaq və ev nağılları" adı altinda çap olunmuş nəşrə daxil edilmişdir. Rumpeştiltsxen adının başqa versiyası da var - Utrupistaş. Aarne-Tompson Göstəricisinə görə bu süjetin nömrəsi 500-dür: "Köməkçinin adı". == Süjeti == Bir dəyirmançının bir qızı varmış və kral ilə söhbət zamanı öz çəkisini artırmaq məqsədi ilə o krala çox gözəl qızının samandan qızıl hörməyi bacardığını (bəzi versiyalara görə əslində dəyirmançı qızının "saman rəngli saçlarına günəş işığı düşdükdə qızıl kimi parlayır" ifadəsini işlətdiyi zaman lovğalanaraq "saman qızıla çevrilir" kimi epitetdən istifadə edib) deyir. Kral da onun qızını qüllədəki samanla dolu və sap əyirici dəzgah olan bir otağa qatır və qıza bir gecəyə saman dolu otağı qızıla çevirməyi tapşırır, əks halda onun boynunu vurduracağını (başqa versiyalarda ömrünün sonunadək qüllədəki otaqda saxlayacağını) bildirir. Əslində isə qızın əlbəttə ki, belə qabiliyyəti yox idi. Yazıq qız bütün ümidləribni itirəndə, qəflətən bir cirtdan peyda olur və ona köməyini təklif edir.