Rumpelştiltsxen, bəzən Rumpelstiltskin (əsasən ingilis dilli variantda) [1] (alm. Rumpelstilzchen) — məşhur, eyniadlı alman xalq nağılında qəddar cırtdandır.[2] Almaniyadan başqa İngiltərə, Niderland, Çexiyada da müxtəlif adlarla ("Tom Tit Tot", "Päronskaft", "Repelsteeltje", "Cvilidreta", "Rampelník/Rumplcimprcampr") xalq nağılı kimi məşhurdur. 1812-ci ildə Qrimm qardaşları tərəfindən toplanılıb "Uşaq və ailə nağılları" adı altında çap olunmuş nəşrə daxil edilmişdir. Rumpeştiltsxen adının başqa versiyası da var - Utrupistaş.
Rumpelştiltsxen | |
---|---|
Rumpelstilzchen | |
Müəllif | Yakob və Vilhelm Qrimm qardaşları |
Janr | nağıl |
Dil | alman |
Orijinalın nəşri | XIX əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Aarne-Tompson Göstəricisinə görə bu süjetin nömrəsi 500-dür: "Fövqəltəbii köməkçinin adı".[3][4] Qrimm qardaşlarının "Uşaq və ailə nağılları" toplusunda nömrəsi 55-dir (KHM 55).
Bir dəyirmançının bir qızı varmış və kral ilə söhbət zamanı öz çəkisini artırmaq məqsədilə o krala çox gözəl qızının samandan qızıl hörməyi bacardığını (bəzi versiyalara görə əslində dəyirmançı qızının "saman rəngli saçlarına günəş işığı düşdükdə qızıl kimi parlayır" ifadəsini işlətdiyi zaman lovğalanaraq "saman qızıla çevrilir" kimi epitetdən istifadə edib) deyir. Kral da onun qızını qüllədəki samanla dolu və sap əyirici dəzgah olan bir otağa qatır və qıza bir gecəyə saman dolu otağı qızıla çevirməyi tapşırır, əks halda onun boynunu vurduracağını (başqa versiyalarda ömrünün sonunadək qüllədəki otaqda saxlayacağını) bildirir. Əslində isə qızın, əlbəttə ki, belə qabiliyyəti yox idi. Yazıq qız bütün ümidlərini itirəndə qəflətən bir cırtdan peyda olur və ona köməyini təklif edir. Bu cırtdan həmişə dəyiş-düyüş etmək istəyən insanların yanına gəlirmiş. Bu kömək qarşılığında qız cırtdana öz boyunbağısını, səhərisi gün kral qızı yenə təkrar saman dolu otağa saldıqda isə üzüyünü verir. Üçüncü gün kral qızı yenə otağa göndərib şərt qoyur: samanı qızıla çevirərsə, onunla evlənəcək, əks tədqirdə qızın boynunu vurduracaq. Qızın bu qəribə məxluqa verəcəyi heç nə qalmadığından cırtdan şərt qoyur: axırıncı dəfə samanı qızıla çevirməklə əvəzində dəyirmançının qızının krala ərə getdikdən sonra anadan olan ilk uşağını istəyir (başqa versiyaya görə cırtdan-şeytancığaz özü peyda olub özbaşına samanı qızıla çevirməyə başlayır. Qızın ona veriləsi heç nəyi olmadığına görə bildirdiyi narazılığına baxmayaraq cırtdan qızılın qarşılığında doğulacaq ilk uşağı tələb edir).
Rumpelstilzchen alman dilində hərfi mənada "kiçik taqqıldayan (şaqqıldayan) oyuncaq" deməkdir. Özü də bədən, ayaqlar oyuncağın konstruksiyasını saxlayan çubuq, sütundur. Rumpelstilt or Rumpelstilz isə çubuqları silkələyərək və taxtalara vuraraq səs-küy salan, pophart və ya poppart adlanan Qoblin tipinin adı idi. Mənaca ev əşyalarını vurub dağıdan, yerlərini dəyişən dəcəl ruh rumpelqayst (taqqılayan kabus) və ya poltorqaystə (hay-küylü kabus) bənzəyir.
Nağılın orijinalı alman dilində 1857-ci ildə nəşr olunub.
Nağıl müxtəlif dillərə tərcümə olunub. Tərcümə zamanı almanca Rumpelstilzchen kimi səslənən cırtdanın adı bəzi dillərdə dəyişdirilərək alman dilində səslənən ada yaxın bir ad seçilib. Məs., İngilis dilində Rumpelstiltskin, niderland dilində Repelsteeltje, portuqal dilində Rumpelstichen, ispan dilində Rumpelstinski, Rumpelestijeles, çex dilində Rumprcimprcampr və ya Rampelnik, yapon dilində ルンペルシュティルツキン (Runperuşutirutsukin), rus dilində orijinala yaxın Румпельштильцхен (Rumpelştíltsxen). İtalyan dilində Tremotino adlanıb. Bu söz Toskana ləhçəsində Tremoto (zəlzələ) və kiçik və çoxbilmiş mənasını verən "-ino" suffiksinin birləşməsindəm əmələ gəlib.
Rus dilinə ilk dəfə Хламушка adı ilə tərcümə olunub.
Urdu dilindəki versiyada cin Tis Mar Xan adlanıb.
Azərbaycan dilində tərcüməsi yoxdur.
İstifadə olunan şəxs adlarının və titulların qiymət və gücü psixologiya, menecment, təhsil (dərs demək) və məhkəmə hüququnda yaxşı məlumdur. Bunu çox vaxt "Rumpelştiltsxen prinsipi" də adlandırırlar. Bu qədim bir inancdan irəli gəlir. Bu inanca görə əşya və ya canlıya ad vermək və ya adını bilmək onun üzərində hakimiyyətə malik olmaq deməkdir. Məs., Əhdi-Ətiq, Yaradılış, 2-19-20 - də Adəm peyğəmbərin heyvanlara adlar verməsini görmək olar.
Qorxunc məxluqun adının tapılması kimi oxşar motivlər başqa xalqların nağıllarında da var: