ruse

f hiyləgərlik

ruminer
ruser
OBASTAN VİKİ
Ruse
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Musiqi gimnaziyası (Ruse)
Musiqi gimnaziyası (bolq. Музикална гимназия) — Bolqarıstanın Ruse şəhərində yerləşən tarixi bina, mədəniyyət abidəsi hesab olunur. Bina 1900-1901-ci illərdə uşaq evi və uşaq bağçası olan alman protestant məktəbi üçün Ruse Protestant İcması tərəfindən inşa edilmişdir. Ruse və Buxarest yevangelist icmaları inşaat üçün maliyyə vəsaitini təmin etmişdilər, Ruse pastoru Teodor Vangeman ianələr yığmaq üçün bir neçə dəfə Almaniyaya səfər etmişdir. Ümumlikdə, tikinti 320 min qızıl marka başa gəldi. Neoklassisizm və neoqotikanı birləşdirən, bəzək və sütunlarla zəngin şəkildə bəzədilmiş eklektika üslubuda olan dörd mərtəbəli binanı memar Udo Ribau tərtib etmişdir. Tikintiyə mühəndis Todor Tonev rəhbərlik edirdi, son mərhələdə isə bu işi alman mühəndis Merbax görürdü. 5 oktyabr 1905-ci ildə Alman Protestant məktəbi təmtaraqlı şəkildə açıldı, 1909-cu ildə isə buranı orta biznes məktəbinə çevirdilər. Məktəbə alman müstəmləkəsinin sakinləri və Rusedə yaşayan görkəmli tacir ailələrinin uşaqları gedirdilər. Birinci Dünya Müharibəsinin sonunda, 1918-ci ilin payızında məktəb Bolqarıstan hakimiyyəti tərəfindən alman əmlakı olaraq müsadirə edildi.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Lui Ruselye
Lui Teofil Mari Ruselye (fr. Louis-Théophile Marie Rousselet) - Fransız səyyah, fotoqraf və arxeoloq. Ruselye XIX əsrin ortalarında Hindistana etmiş olduğu səfərlər və orada gördükləri ilə bağlı yazdığı xatirələrlə daha çox tanınmışdır. Fotoqrafiya sənətində mühüm dönüş nöqtələrindən biri kimi qəbul edilmiş qaranlıq otağın əsas yaradıcılarından və ilk istifadəçilərindən sayılır. Ruselye tərəfindən çəkilmiş fotoqrafiya nümunələrinin bir çoxu bu gün də yüksək dəyərə və maddi qiymətə sahibdir. Bir çox fotosu dövrünün tanınmış ədəbi və mədəni jurnalları tərəfindən qravür halına salınmış və istifadə olunmuşdur. == Həyatı == Lui Ruselye 1845-ci ildə Fransanın cənubunda yerləşən Perpignan şəhərində anadan olmuşdur. Atası karqo yüklərinin daşınması ilə məşğul olan varlı bir ticarətçi idi. Parisdə ilkin təhsilini aldıqdan sonra Almaniyanın Heydelberq şəhərində yerləşən Heydelberq Universitetinə yollanmışdır. Fotoqrafiya sənəti ilə maraqlanan Ruselye qısa zamanda Parislə bağlı müxtəlif fotoların çəkilməsinə nail olmuşdur.
Paul Rusesabagina
Pol Rusesabacina (ing. Paul Rusesabagina; 15 iyun 1954) — 1994-cü ildə Ruanda soyqırımı əsnasında paytaxt Kiqalidə yerləşən "Hôtel des Mille Collines" otelinin meneceri. Onun səyləri nəticəsində 1268 hutu və tutsi, interehamve dəstələrindən gizlədilib. 2004-cü ildə çəkilmiş "Ruanda oteli" (ing. Hotel Rwanda) filmi onun soyqırım dövründəki fəaliyyətini əks etdirir. 2021-ci ilin sentyabrında Pol Rusesabagina, prokurorluqdan ömürlük istədiyi terrorizmdə günahlandırıldı.
Pol Rusesabacina
Pol Rusesabacina (ing. Paul Rusesabagina; 15 iyun 1954) — 1994-cü ildə Ruanda soyqırımı əsnasında paytaxt Kiqalidə yerləşən "Hôtel des Mille Collines" otelinin meneceri. Onun səyləri nəticəsində 1268 hutu və tutsi, interehamve dəstələrindən gizlədilib. 2004-cü ildə çəkilmiş "Ruanda oteli" (ing. Hotel Rwanda) filmi onun soyqırım dövründəki fəaliyyətini əks etdirir. 2021-ci ilin sentyabrında Pol Rusesabagina, prokurorluqdan ömürlük istədiyi terrorizmdə günahlandırıldı.
Rusenborq FK
Rusenborq — Norveçin futbol klubu. 19 may 1917-ci ildə yaranmışdır. UEFA Çempionlar Liqasının qrup mərhələsində 11 dəfə iştirak etmiş, 21 dəfə Norveç çempionu olmuşdur.

Значение слова в других словарях