SÜMÜKCƏ

сущ. зоол. костянка
SÜMÜKARASI
SÜMÜKCÜK
OBASTAN VİKİ
Sümükcələr
Sümükcələr (lat. Lithobiomorpha)-dodaqayaqlılar sinfinə aid heyvan dəstəsi. Sümükcələrdə qısa, tünd-qəhvəyi, daim 15 cüt yeriş ayaqlı bədən olur. Bədənin uzunluğu 5-50 mm arasında dəyişir. Öndən başın böyürlərində 13-100 buğumlu antenalar və müxtəlif sayda sadə gözcüklər yerləşir. Sümükcələr nəm və qaranlıq yerləri sevir, yumşaq və rütubətli meşə döşənəyinə üstünlük verirlər. Ancaq torpaqda və açıq sahələrdə də onlara rast gəlmək olur. Azərbaycanda aşkar edilmiş növlərin böyük hissəsi Lithobius (14 növ) və Monotarsobius (18 növ) cinslərinə aiddir. Hessebius və Harpolithobius cinslərinin hərəsindən 1 növ qeydə alınmışdır (Bababəyova, 1993). Böyük Qafqaz rayonlarından 10 növ məlumdur: Harpolithobius perplexus Zal., Lithobiys portschinskii Ssell., L.viriatus Ssel., L.kessleri Ssel., L.pussillus Latz., L.antipai Matic., Monotazsobius curtipes C.K. və b.

Значение слова в других словарях