Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sümüklü
Sümüklü-i Ülya (Biləsuvar)
Sümüksüz İvar
Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarka – ən tezi 787 və ən geci 878, İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik və ən qəzəbli oğludur. Saqalara görə İvar Raqnar Lodbrok və Aslauqun ilk övladıdır.Háttalykill inn forni saqasına görə doğularkən onun heç bir sümüyü yox idi. Buna görə ona sümüksüz ləqəbi verilmişdir. Raqnar Lodbrokun Nortumbriya krallığındakı ölümü üzərinə qardaşları ilə birgə İngiltərəni işğala qoşulmuşdur. 865-ci ildə qardaşı Halfdan Hvitserk ilə Şərqi Anqliya torpaqlarını işğala başlamışdır. 867-ci ildə isə York şəhərini işğal etmişdir. II Aelladan atasının intiqamını almış, qardaşları ilə birgə onu qan qartalı edam şəkli ilə öldürmüşdür. 869-cu ildə Şərqi Anqliya kralı Müqəddəs Edmundu edam edib ölkəsini ələ keçirmişdir. Bu ildən sonra ordusunun bir hissəsini götürərək Dublini işğala getmişdir və orada Dublin krallığı və Adalar krallığının əsasını qoymuşdur.
Zindan sümükcüyu
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Sümüklü balıqlar
Sümüklü balıqlar (lat. Osteichthyes) — skeletləri sümük quruluşda və deyildin mənşəli işçilər olan balıqları ehtiva edən sinif. Bədənləri müxtəlif şəkillərdə ola bilər. Bədən üzərindəki Marka sikloid, ktenoid və ya ganoid tipdədir. Quyruq üzgəci ümumiyyətlə homoserk quruluşdadır, ancaq müxtəlif qruplarda fərqlilik göstərə bilər. Yenə fərqli qruplarda, digər üzgəclərdə görülən strukturca dəyişikliklər, sistematik baxımdan əhəmiyyət daşıyar. Ağızları üst və ya uc mövqelidir. Hərəkətli çənələrində müxtəlif quruluşda dişlər ol/tapılar. Bəzi qruplarda ayrıca, yeddinci qəlsəmə yayı üzərində farinks dişləri görülər. qəlsəmələrin üzəri "operkulum" adı verilən kapakçıkla örtülüdür.
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Sümüklü balıqlar (Osteichthyes)
Sümüklü balıqlar (infrasinif)
Sümüklü balıqlar (lat. Teleostei) — balıqların infrasinfi.
Sümüklü-i Süfla (Biləsuvar)
Sümüklü-i Süfla (fars. سمكلوي سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (20 ailə).
Sümüklü-i Ülya (Biləsuvar)
Sümüklü-i Ülya (fars. سمكلوي عليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 132 nəfər yaşayır (24 ailə).