İşıq sütunları ( Günəş sütunları )
İşıq sütunları – buz kristallarından şüaların əks olunması nəticəsində yaranan nadir atmosfer hadisəsidir.
Güclü işıq mənbələri xüsusilədə soyuq havalarda səmaya doğru sütun şəklində yansımalar yaradır. İşıq sütunları olaraq adlandırılan bu strukturların mənbəyi Günəş kimi bir səma cismi də ola bilər. Səma cisimləri işıq sütunları yaratmaq üçün üfüq xətti səviyyəsinə yaxın mövqedə olmalıdır. Bu səbəblə "Günəş sütunları" gün doğumunda və gün batımında müşahidə edilə bilər.
İşıq sütunlarının əmələ gəlməsi üçün havada yastı lövhəciklər şəklində buz kristalları mövcud olmalıdır. Yer səthinə yaxın güclü bir işıq mənbəyindən çıxan şüalar, atmosferə yayılarkən buz kristallarının alt hissələrilə toqquşur və aşağı doğru geri əks olunur. Milyonlarca buz kristalından əks olunan şüalar səmada şaquli olaraq yayılan işıq sütunları şəklində bir görüntü yaradır.
Günəş kimi uzaq bir mənbədən gələn şüaların işıq sütunu yaratması üçün, yastı buz kristalları havada meyilli şəkildə istqamətlənməlidir. Ancaq süni işıq mənbəsindən çıxan şüalar Yer səthindən kosmosa hər istiqamətdə yayıldığından işıq sütunu yaradacaq şəkildə Yer səthinə geri əks olunması üçün buz kristalları yere paralel olmalıdır.