SƏBR

dözümlülük, dini vəzifələrin icra edilməsində dayanıqlı olmaq, haram olan şeylərdən, eləcə də həyatda baş vermiş uğursuzluq və bədbəxtliklər üzündən inancını itirməməkdir. Quranın 46-cı surəsinin 35-ci ayəsinə uyğun olaraq müsəlmanlar dözümlü olub, həyatın bütün ağırlıqlarına sinə gəlməlidirlər. Yalnız dözümlü olanlar bu dünyada və axirətdə uğur əldə edib Allahın rəhmətini qazana bilərlər. Hədislərdə Məhəmməd peyğəmbər səbrin dinin yarısı olduğunu qeyd etmişdir. İlahiyyatçılara görə insandan asılı olan və olmayan bütün durumlarda səbri sərgiləmək lazımdır.
SƏBAİLƏR
SƏCCAH
OBASTAN VİKİ
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir. Lakin o, iqtisadiyyatla deyil, ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1. Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (6 (18) may 1878, Alupka, Tavriya quberniyası[d] – 17 aprel 1938, Simferopol)—Krımtatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur. Bu Həsən Səbri Ayvazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə "Üsüli-tədris və təlim-tərbiyə" adlı metodik bir əsər də çap olunmuşdu.
Mustafa Səbri Əfəndi
Mustafa Səbri Əfəndi (22 iyun 1869, Tokat – 12 mart 1954, Qahirə) — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı. Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Hoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Sabri, burda "Hüzur Dərsləri Mukarrirləri (dərsi təkrar edərək başa salan müəllim) "ndən Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur. Mustafa Səbri 1890-cı ildə açılan "Ruus" imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu. Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi. O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir. O həm də Silistre müftisi olmuş və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir.
Məhməd Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır. Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Səbri Əsəd Siyavuşgil
Səbri Əsəd Siyavuşgil(1907–1968)—Türkiyə şairi. Daha çox mənzərə rəsmlərini xatırladan şeirlər yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir. Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə maraqlanır. Odalar ve Sofalar, 1933. İstanbul'da Karagöz ve Karagözde İstanbul (1938) Psikoloji ve Terbiye Bahisleri (1940) Tanzimat’ın Fransız Efkar-ı Umumiyesi’nde Uyandırdığı Yankılar (1940) Karagöz (1941, Fransızca 1951, İngilizce 1955) Cyrano de Bergerac (1942 -Edmond Rostand'dan çeviri, manzum oyun) Folklor ve Milli Hayat (1943) Roman ve Okuyucu (1944) Un Point Sur La Carte (1962 — Sait Faik'in hikâyelerinin Fransızca çevirisi).
Vədi Səbra
Vədi Səbra (ərəb. وديع صبرا‎; 23 fevral 1876, Eyn əl-Cədidə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 11 aprel 1952, Beyrut) — Livan bəstəkarı. Livan himninin ("Küllüna li-l-Vətən") musiqisini yazmışdır.
Xalid Xürrəm Səbribəyzadə
Xalid Xürrəm Səbribəyzadə görkəmli alim, şair və jurnalist Bakıda nəşr olunan Şəlalə (jurnal)nın redaktoru
Əli Səbri
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Əli Səbri Qasımov
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Mehmet Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Nazlı Səbri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Səbrə məscidinə aviazərbə
Səbrə məscidinə aviazərbə — 15 noyabr 2023-cü ildə, HƏMAS–İsrail müharibəsi zamanı İsrail döyüş təyyarələrinin Qəzzənin mərkəzində yerləşən Səbrə məscidini hədəfə alması və bombalaması. Hücum nəticəsində azı 50 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdır. Aviazərbə Qəzzənin mərkəzi hissəsində, Səbrə məhəlləsindəki məscidi hədəf alınaraq həyata keçirilmişdir. Hücum nəticəsində azı 50 nəfər həlak olmuşdur. Ölənlərlə yanaşı, onlarla insanın da yaralandığı bildirilmişdir.