Səhmlərin Listinqi

müxtəlif şirkətlərin fond birjalarının müvafiq tələblərinə cavab verən səhmlərinin siyahısı. Listinqə düşmüş səhmlər fond birjasında ticarətə və kotirovkaya buraxılır.
Səhmlərin Likvidliyi
Səhmlərin Rentabelliyi
OBASTAN VİKİ
Birjada səhmlərin ticarəti
Birjada səhmlərin ticarəti — təşkil edilmiş ticarət platformalarında (birjalarda) səhmlərə və digər qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi prosesi. Səhmlərin ilkin kütləvi təklifi müəssisənin fəaliyyəti üçün vəsait əldə etməyə imkan verir. Təkrar dövriyyə yalnız səhmlərin sahiblərini dəyişir, lakin müəssisəyə birbaşa gəlir gətirmir. Bununla belə, səhmlərin birja kotirovkası müəssisənin həqiqi qiymətini müəyyən etməyə imkan verir. Səhmdarların ümumi yığıncağının qərarına əsasən müəssisələr ilkin emissiyadan əlavə səhmlərin əlavə emissiyalarını da buraxa bilərlər. Bu, adətən, müəssisənin genişləndirilməsi, yeni bazarların tutulması və s. ehtiyac nəticəsində baş verir. Son zamanlar internet vasitəsilə birjada səhmlərin alqı-satqısı üsulu, internet ticarəti adlanan üsul çox populyarlaşıb. Bu halda səhmlərin alqı-satqısı proseduru xeyli sadələşdirilir. Adətən broker və ya birja tərəfindən birbaşa təmin edilən müəyyən proqram təminatı tələb olunur.

Значение слова в других словарях