Black Sabbath
Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı.
1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır.