safari

safari
saf-səmimi
safcins
OBASTAN VİKİ
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safari (brauzer)
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir. "Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı, lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Ada Safari
Ada Safari (serb. Ада Сафари) — Serbiyada göl. Göl Ada Siqanliya yarımadasında, Sava çayı ilə Çukar körfəzi arasında yerləşir. Ada Safari gölünü Belqrad şəhərindən 5 km-lik məsafə ayırır. Gölün forması S hərfinə bənzəyir. Ümumi sahəsi 6 hektardır. Orta dərinlik — təxminən 2 metrdir. Göl daha çox idman balıqçılığı üçün istifadə olunur. Göl ətrafı sıx meşəliklə örtülüdür. == Tarixi == Keçən əsrin əvvəllərinə kimi gölün olduğu ərazidə təbii depresiya ərazisi mövcud idi.
Şamaxı Safari Parkı
Şamaxı Safari Parkı — Azərbaycanın Şamaxı rayonunda safari turizminə aid park. Şamaxı Safari Parkı “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq yaradılmışdır. Bu məqsədlə vəhşi heyvanlar üçün ekoloji qoruq Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənmişdir. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilmişdir. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var idi. Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində 36 kilometr uzunluğunda enli yol çəkilmişdir. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilmişdir. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilmişdir. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunmuş, inzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılmışdır.
Şiqa Safari Muzeyi
Şiqa Safari Muzeyi (滋賀サファリ博物館, Şiqa Safari Hakubicutsukan) – Yaponiyanın Şiqa prefekturasının Koka şəhərində yerləşən zoologiya muzeyi. == Ekspozisiya == Muzeydə müxtəlif ölkələrdə ovlanmış vəhşi heyvanların müqəvvaları sərgilənir. Burada sərgilənən heyvanlar tək bir ovçu – Yukihiko Kondo tərəfindən rəsmi icazələr əsasında ovlanmışdır. Muzeyin ilk direktoru olmuş Yukihiko Kondo 1934-cü ildən 1980-ci illərə qədər Yaponiyada, 1971–1996-cı illərdə digər ölkələrdə ovçuluqla məşğul olmuşdur. Muzey iki bölmədən ibarətdir və burada 100-dən çox heyvan müqəvvası sərgilənir. Hazırda muzeyin direktoru Yukihiko Kondonun oğlu Yukihisa Kondodur. Muzeyin girişində yunan mifologiyasında ovçuluğun ilahəsi hesab olunan Artemidanın tunc heykəli yerləşir. Muzey ekspozisiyası ağ ayı müqəvvası ilə başlayır. Altay dağ qoyunu, Marko Polo qoyunu və Sibir dağ keçisi dünyada ovlanması ən çətin olan üç heyvan hesab olunur. Muzey bu üç heyvanı bir yerdə görməyin mümkün olduğu yeganə yerdir.

Значение слова в других словарях