saf-səmimi
safcins
OBASTAN VİKİ
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safari (brauzer)
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir. "Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı, lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Şamaxı Safari Parkı
Şamaxı Safari Parkı — Azərbaycanın Şamaxı rayonunda safari turizminə aid park. Şamaxı Safari Parkı “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq yaradılmışdır. Bu məqsədlə vəhşi heyvanlar üçün ekoloji qoruq Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənmişdir. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilmişdir. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var idi. Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində 36 kilometr uzunluğunda enli yol çəkilmişdir. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilmişdir. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilmişdir. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunmuş, inzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılmışdır.