SALAD

n salat; fish / meat ~ balıq / ət salatı; vegetable ~ tərəvəz salatı; dietetic ~ pəhriz salatı; to make ~ salat düzəltmək

SAKE
SALARY
OBASTAN VİKİ
Salad Days
Salad Days — Kanada müğənnisi Mak Demarkonun ikinci studiya albomu. 1 aprel 2014-cü ildə Captured Tracks tərəfindən buraxılıb. Bütün mahnılar Mak Demarko tərəfindən yazılmış və bəstələnmişdir.
Oxos-del-Salado vulkanı
Oxos-del Salado- (от isp. Ojos del Salado) -"duzlu gözlər" - Cənubi Amerikanın ən hündür zirvəsi olan Akonqaquadan sonra ikinci hündür vulkan dağıdır. Bu dağ Argentina və Çilinin sərhəddində, zirvəsi isə Argentinanın ərazisində yerləşir. Onun hündürlüyü- 6 893 metrdir. Vulkanın qərbində, Sakit okean sahilində Atakama səhrası uzanır. Onun kraterinin şərq yamacında 6390 metr yüksəklikdə dünyanın ən yüksək dağ gölü-Titikaka yerləşir. O, sönmüş vulkan hesab edilir, çünki tarixi dövrlər ərzində onun püskürməsi haqqında heç bir məlumat yoxdur. Ancaq zaman zaman passiv vulkanik fəaliyyət hələ də müşahidə edildi. Belə ki, kükürd və su buxar qalıqları 1937,1956 və 1993-cü illərdə mövcud idi. Vulkan Polşa alpinistləri Justin Vojnis və Jan Schepanski tərəfindən 1937-ci ildə fəth edilib.Göründüyü kimi vulkan Oxos-del-Salado hindilər tərəfindən müqəddəs bir dağ kimi qəbul edildi.
Saladınlı
Saladınlı (tarixi adı: Salatınlı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına görə, əsasını Saladın (Salatın) adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır. Güman etmək olar ki, oykonim türk dillərindəki sala (aralıq sahə), dın (düşərgə, məkan) və -lı (mənsuqluq bildirir) komponentlərindən ibarət olub, "aralıqda olan məskən" mənasındadır. Kəndin dağla çayın arasında yerləşməsi də bu izahı təsdiq edir. Kəndin adı 1933-cü ildə Salatınlı variantında qeydə alınmışdır. Altayda Salatal adlı çay, Tatarıstanda Salatçı adlı kənd mövcuddur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın sahilində, Qız dağının ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.