Saladınlı (tarixi adı: Salatınlı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.[2]
Saladınlı | |
---|---|
40°44′06″ şm. e. 45°35′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yerli əhalinin məlumatına görə, əsasını Saladın (Salatın) adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır. Güman etmək olar ki, oykonim türk dillərindəki sala (aralıq sahə), dın (düşərgə, məkan) və -lı (mənsuqluq bildirir) komponentlərindən ibarət olub, "aralıqda olan məskən" mənasındadır. Kəndin dağla çayın arasında yerləşməsi də bu izahı təsdiq edir. Kəndin adı 1933-cü ildə Salatınlı variantında qeydə alınmışdır. Altayda Salatal adlı çay, Tatarıstanda Salatçı adlı kənd mövcuddur.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Əsrikçayın sahilində, Qız dağının ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 121 | 64 | 57 |
2009[5] | ↗137 | ↗74 | ↗63 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.