SALİK

1. ucadan oxunan minacat; 2. mürid (sufi təriqətində).
SALEH
SATANİZM
OBASTAN VİKİ
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salik qanunu

Kazım ağa Salik
Kazım ağa Salik (1781, İkinci Şıxlı – 1842, Qazax rayonu) — Azərbaycan şairi. == Həyatı == Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax qəzasının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almlşdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şeirlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: "Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır.
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Əhməd Salikov
Əhməd Salikov (1882, Noqkau[d], Alagir rayonu və ya Terek vilayəti – 2 sentyabr 1928, Varşava) — Osetiyalı yazıçı və publisist, Rusiya dövlət və ictimai xadimi. Müsəlman Osetin ailəsində anadan olmuşdur. Stavropol klassik gimnaziyasını bitirir. 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, tələbə hərəkatında, 1905-ci ilin dekabrında Vladiqafqazdakı inqilabi hadisələrdə iştirak edir. 1902–1904-cü illərdə "Şimali Qafqaz" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir. 1910-cu ildən "Otkliki Qafqaza" qəzetində və "Na Qafqaz" jurnalında məqalələr dərc edir. 1917-ci ildə Ümum-Rusiya Müsəlmanları Şurasının "İzvestiya" qəzetinin redaktoru olur. 1919-cu ildə Tiflisdə nəşr olunan "Volnı Qoreç" qəzetinin redaktoru işləyir İyuldan 1920-ci ilin dekabrına qədər Tiflisdəki "Noq Sard" (Yeni Şəfəq) qəzetinin naşiri və redaktoru olur. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Menşevik fraksiyasının liderlərindən biri olur. 8 may 1917-ci ildə Əhməd Salikov Ümum-Rusiya Müsəlmanları Konqresinin təşkilat komitəsinin üzvü olur və orada məruzə ilə çıxış edir.

Значение слова в других словарях