SALTAB
SALVA
OBASTAN VİKİ
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. == Tarixi şəxsiyyəti == XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor ).
Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi. == Tarixi == Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Saltuknamə
Saltuknamə — XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayət === "Saltuknamə" dastanı haqqında === İslam dininin qəbulundan sonra, Türk ədəbiyyatında öz mövzusunu din və din uğrunda aparılan qəzalardan almış bir çox əsərlər vardır ki, bunların arasında İslami Türk Dastanları daha geniş yayılmışdır. Türk xalqlarının bir çox qəhrəmanlıq dastanları olmuşdur ki, bunlar İslamın qəbulundan sonra böyük dəyişikliyə uğramış, bu dastanlardakı bəzi ünsürlər İslami bir rəngə bürünərək təkrar edilmişdir. Türklərin ən qədim və cəsur qəhrəmanı olmuş Oğuz Xaqan, İslamdan sonra da unudulmamış, o bir "vəli" kimi tanınmış və Türklər arasında dinini yayan qəhrəmanların ən qabaqcılı olmuşdur. Bu dastanlardan biri də, XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayətlərdir. Dillər əzbəri olmuş, ağızdan-ağıza keçərək yayılmış bu rəvayətlər XV əsrdə qələmə alınmış "SALTUKNAMƏ"dastanında öz əksini tapmışdır. Sarı Saltuk, Anadolu və Rumelinin fəth olunması əsnasında qəzalara qatılan, qəhrəmanlıqları, vilayətləri, kəramətləri ilə hələ sağlığında ikən əfsanəvi bir şəxsiyyət halına gələn müstəsna bir Türk qəhrəmanıdır. Onun haqqında yaranmış rəvayətlərə, digər qazi və vəlilərin rəvayətləri qarışdığına görə, Sarı Saltukun həqiqi həyatı haqqında düzgün məlumat əldə etmək çox çətinləşmişdir. Bu rəvayətlərdə onun real həyatı ilə əfsanəvi həyatı qarışmışdır. Sarı Saltukun dastani şəxsiyyəti ilə əlaqədar məlumatlara müxtəlif rəvayətlərdə və vilayətnamələrdə rast gəlinsə də, bu mövzuda ən mühüm mənbə, heç şübhəsiz "Saltuknamə" dastanıdır. 1473–1480-ci illərdə Uzun Həsənlə müharibəyə qoşulan Sultan Fatih Mehmed oğlu şahzadə Cem Sultanı bir vali olaraq Ədirnəyə göndərir.
“Saltuknamə”