san
San-Marino
OBASTAN VİKİ
San-Fransisko
San Fransisko (ing. San Francisco) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhərdir. 2015-ci ildəki hesablamalara görə 864.816 sakini olan San Fransisko, eyni zamanda ABŞ-nin 13-cü ən böyük şəhəridir. Şəhər San Fransisko yarımadasının şimalında yerləşir və əhalisinin sıxlığına görə ölkədəki şəhərlər arasında ikinci yeri tutur.
San Fransisko
San Fransisko (ing. San Francisco) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhərdir. 2015-ci ildəki hesablamalara görə 864.816 sakini olan San Fransisko, eyni zamanda ABŞ-nin 13-cü ən böyük şəhəridir. Şəhər San Fransisko yarımadasının şimalında yerləşir və əhalisinin sıxlığına görə ölkədəki şəhərlər arasında ikinci yeri tutur.
San-Fransisko tramvayı
San-Fransisko tramvayı (ing. San Francisco cable car system) - ABŞ-nin Kaliforniya ştatında yerləşən San-Fransisko şəhərini əhatə edən tramvay sistemi.
San-Fransisko yarımadası
San-Fransisko yarımadası (ing. San Francisco Peninsula) — yarımada San-Fransisko körfəzini Sakit okean ayırır. Yarımadanın şimalında San-Fransisko şəhəri yerləşir. Cənubunda isə San-Xose şəhəri və Selikom vadisi qərarlaşır.
San-Fransisko çayı
San Fransisko çayı — Braziliyada çay. 2.914 kilometr uzunluğu ilə bütünlüklə Braziliya ərazisində yerləşən ən uzun çaydır. Həmçinin Cənubi Amerika və Braziliyanın (Amazon çayı, Parana çayı və Madeyra çayından sonra) 4-cü ən uzun çayıdır. San Fransisko çayı Minas Gerais əyalətinin orta-qərb hissəsində yerləşən Kanastra dağından başlayır. Çay 641.000 kilometr kvadrat hövzəyə sahibdir.
San-Fransisko Kaliforniya Universiteti
San-Fransisko Kaliforniya Universiteti (ing. University of California, San Francisco) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən ali təhsil müəssisəsi.
San-Fransisko körfəz sahəsi
San-Fransisko Körfəz Bölgəsi — daha tanınmış adı ilə Körfəz Bölgəsi, ya da körfəz Şimali Kaliforniyada San-Fransisko və San-Xose körfəzlərilə əhatələnmiş bölgədir. San-Fransisko Körfəz bölgəsi, Oakland və San-Xose kimi əhalisi çox olan şəhərlərə malikdir. Ümumiyyətlə bölgəni 101 şəhər əhatə edir. San-Fransisko Körfəz bölgəsi, (ölkə daxilində 12) və San-Xose (ölkə daxilində 31) kimi iki böyük metropolitan bölgəylə birlikdə, bunlarla əhatələnmiş 4 kiçik şəhəri əhatə edir. Körfəz bölgəsi 7.2 milyonluq bir əhaliya malikdir. Körfəz bölgəsində bir çox hərbi hissə, hava limanı, milli park, kəsişim yolları, körpülər və tunellər var. San-Fransisko və San-Xose ikilisi, birləştirilmiş şəhər bölgəsi sahəsində əhali olaraq dünyada 49-cu sıradadır. San-Fransisko, Körfəz bölgəsinin maliyyə mərkəzidir (və əhali sıxlığı olaraq Nyu-Yorkdan sonra ölkə daxilində 2-ci şəhərdir). Buna qarşı San-Xose, bölgənin ən çox əhaliyə sahib şəhəridir. Körfəz bölgəsi, təbii gözəllikləri, liberalizm axınının yüksək təsiri və maddi zənginlikləri ilə tanınır.
San-Fransisko sülh müqaviləsi
1947-ci ilin əvvəlində ABŞ Sakit okeanda əvvəllər yapon nəzarəti altında olan adaların (Karolin, Marian, Marşall) ona verilməsini xahiş etdi. Lakin BMT Təhlükəsizlik Şurası bu ərazilərin özünüidarəetmə istiqamətində inkişafı haqqında düzəlişləri qəbul etdi. 1947-ci il iyulun 11-də Uzaq Şərq Komissiyası Yaponiya ilə sülh müqaviləsini tərtib etmək üçün 11 dövlətdən ibarət müşavirənin çağırılması təklifini irəli sürdülər. 1949-cu ildə Kanberra görüşündə bu tələb təsdiq olundu. 1951-ci ilin yanvarında Dalles Tokioya gələrək Yaponiya hökuməti ilə danışıqlara başladı. Mart ayında hazırlanmış Amerika-Yaponiya birgə layihəsi regionda ABŞ-İngiltərə əməkdaşlığını nəzərə alırdı. İyulun 20-də İngiltərə və ABŞ Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün San-Fransiskoda müşavirə keçirilməsini təklif etdilər. 1951-ci ilin sentyabrında keçirilən bu müşavirədə 52 dövlət iştirak etdi. Müqavilənin imzalanması mərasimində SSRİ, Polşa və Çexoslovakiya iştirak etmədilər. Müqaviləyə görə: Yapon xalqının Yaponiya üzərində tam suverenliyini tanıyan iştirakçılar ilə bu ölkə arasında müharibə dayandırıldı.
San-Fransisko zəlzələsi (1906)
San-Fransisko zəlzələsi — 18 aprel 1906-cı ildə ABŞ-də baş vermiş zəlzələ. 1906-cı ilin aprel ayının 18-də yerli vaxtla saat 05:12 radələrində episentri ABŞ-nin San-Fransisko şəhərindən 3 km. qərbdə olmaqla 7,6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ ən güclü tektonik zonalardan birinin üzərində yerləşən bütün San-Andreas dərəsini sarsmışdı. Yer səthində əmələ gəlmiş çatın uzunluğu 400 kilometrə çatırdı. San-Fransisko şəhərinin su kəməri magistralları partlamış, qaz kəməri, telefon və elektrik kabelləri sıradan çıxmışdı. Sobaların dağılması və elektrik xətlərində baş vermiş qəzalar nəticəsində ətrafı yanğın bürümüşdü. Şəhərin su təminatı sisteminin də dağılması yanğının söndürülməsini daha da çətinləşdirirdi. Şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Əhali buxtadan evakuasiya olunur, «Qızıl Darvaza» adlanan parkda qaçqın düşərgələri salınırdı.
San-Fransisko Çin Xəstəxanası
San-Fransisko Çin Xəstəxanası (ing. San Francisco Chinese Hospital) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San-Fransisko şəhərində yerləşən çin xəstəxanası. Xəstəxana ABŞ-da fəaliyyət göstərən yeganə Çin xəstəxanası kimi tanınır. Çin qəsəbəsində yerləşən xəstəxana 1924-cü ildən etibarən xidmət göstərməkdədir. San-Fransisko Çin Xəstəxanası şəhərdə yerləşən San-Fransisko Mərkəzi Xəstəxanasında dil bariyeri ilə qarşılaşan və orta sinifdən olan yerli çinlilərə xidmət göstərmək üçün yaradılmışdır. Xəstəxananın personalı ingilis dilində əlavə olaraq çin dilinin müxtəlif dialektlərində də xidmətlər göstərirlər. Döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi Brüs Li 1940-cı ilin 27 noyabr tarixində San-Fransisko Çin Xəstəxanasında anadan olmuşdur. == Tarixi == 1888-ci ildə San-Fransiskoda yaşayan çin icması çinli vətəndaşlara xidmətin göstərilməsi üçün milli xəstəxananın yaradılması üçün şəhər şurasına müraciət edir, ancaq lazım olan icazəni ala bilmir. XIX əsrin sonlarında şəhərdə çinlilərə məxsus müxtəlif morqlar və kilinikalar fəaliyyət göstərsə də heç biri tam təyinatlı xəstəxana formasına çatmamışdır. 1899-cu ildə xəstəxananın yerləşəcəyi binanın mülk sahibləri olan anlaşılmazlıqlara görə nəzərdə tutulan bina sökülür və hal-hazırkı bina 1925-ci ildə tikilmişdir.
Assizli Fransisko
Assizli Fransisko – məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisidir. === Gəncliyi === Fransisko 1182-ci ildə İtaliyanın Assiz şəhərində dünyaya gəlmişdir. O, zəngin ailənin yeganə övladı olmuşdur. Mənbələrdə atasının parça ticarəti ilə məşğul olduğu bildirilir. Gəncliyində Fransisko tüfeyli, əyyaş, bivec həyat tərzi sürən və özü kimi gənclərin arasında yaşamışdır. Fransiskonun tezliklə ruhunu dərin düşüncələr bürüdüyündən, o, həyatın fani və puç olduğunu anlamağa başlamışdır. Dilənçilərə çox mərhəmətli davranmış və bunu mükəmməl dini imana sahib olmaq üçün bir vasitə kimi qəbul etmişdir. Fransisko kasıb həyatı xristian idealının təzahürü sayırmış. O, cüzamlı xəstələrə qarşı da böyük diqqət və qayğı ilə yanaşmışdır. Həmin dövrdə bu xəstələr Avropa əhalisi arasında qorxu və nifrət hissi oyadırdılar.
Daniel Fransisko
Fransisko Arado
Fransisko Arado (30 dekabr 1971) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fransisko Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Fransisko Pizarro
Fransisko Pizarro (isp. Francisco Pizarro González, Marqués; 16 mart 1478 – 26 iyun 1541, Lima, İspaniya imperiyası) — ispan səyyah və konkistador.
Fransisko Qoya
Fransisko Xose de Qoyya (30 mart 1746[…] – 16 aprel 1828[…], Bordo) — ispan rəssamı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. == Yaradıcılığı == Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.
Fransisko Qoyya
Fransisko Xose de Qoyya (30 mart 1746[…] – 16 aprel 1828[…], Bordo) — ispan rəssamı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. == Yaradıcılığı == Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır.
Fransisko Rodriges
Fransisko Rodriges (15 iyun 1984, Quadalaxara – 22 noyabr 2009) — Meksikalı yarıyüngül çəkili boksçu. == Həvəskar karyera == Pako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur. == Peşəkar karyera == Peşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir. == Ölümü == Rodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu. == Miras, Yeni Həyat == Rodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.
Fransisko Suarez
Doktor Eximius (Granada; 5 yanvar 1548, Qranada – 25 sentyabr 1617[…], Lissabon) kimi tanınan Francisco Suárez de Toledo Vázquez de Utiel y González de la Torre — ispan Cizvit ilahiyyatçısı, filosofu və hüquqşünası. O, ən yaxşı sxolastiklərdən biri hesab olunurdu.
Fransisko Trinkao
Fransisko Trinkao (port. Francisco António Machado Mota Castro Trincão; 29 dekabr 1999-cu ildə doğulmuş portuqaliyalı futbolçu. Barselonanın və Portuqaliya millisinin hücumçusudur. Vulverhempton Uonderers klubuna 30 iyun 2022-ci ilədək icarəyə verilib. == Futbol karyerası == Francisco Portuqaliyanın Vianense akademiyasının məzunudur. Porto akademiyasında seçmə keçib, amma komandaya alınmad, və sonra Braqa akademiyasına keçdi. 2 aprel 2016-cı ildə Braqa B ilə ilk maçına Freamunda qarşı 81-ci dəqiqədə əvəzedici olaraq meydana çıxdı. Ümumilikdə, ilk mövsümündə dörd görüş keçirdi. 7 May 2017-ci ildə klubun karyerasında ilk qolunu Porto B komandasına vurdu. 2017/18 mövsümündən etibarən Braqa B komandasının start heyətində yer alır.
Fransisko Varallo
Fransisko Varalyo — Argentina futbolçusu, ilk Dünya çempionatının sağ qalan son iştirakçısı idi. Varallo 1931-ci ildən 1940-cı ilədək 9 il müddətində "Boka Xuniors" klubunda çıxış edərək 181 qola imza atmışdı. Varallo 1930-cu ildə keçirilmiş ilk Dünya çempionatının iştirakçılarından sağ qalan yeganə iştirakçısı idi. Argentina yığma komandasının futbolçusu Fransisko Varallo 100 yaşında vəfat edib. Qocaman futbolçunun ölümünə nəyin səbəb olduğu bildirilmir.
Fransisko Varalyo
Fransisko Varalyo — Argentina futbolçusu, ilk Dünya çempionatının sağ qalan son iştirakçısı idi. Varallo 1931-ci ildən 1940-cı ilədək 9 il müddətində "Boka Xuniors" klubunda çıxış edərək 181 qola imza atmışdı. Varallo 1930-cu ildə keçirilmiş ilk Dünya çempionatının iştirakçılarından sağ qalan yeganə iştirakçısı idi. Argentina yığma komandasının futbolçusu Fransisko Varallo 100 yaşında vəfat edib. Qocaman futbolçunun ölümünə nəyin səbəb olduğu bildirilmir.
Fransisko Karvaxal
Fransisko Sebastyan Karvaxal-i-Qual (isp. Francisco Sebastián Carvajal y Gual; 9 dekabr 1870 – 20 sentyabr 1932, Mexiko) — Meksika siyasətçisi və dövlət xadimi. O, 1914-cü il iyulun 15-dən avqustun 13-dək Meksika Prezidenti olmuşdur. == Həyatı == O, ixtisasca hüquqşünas idi. Fransisko İqnasio Maderonun devrilməsi ilə nəticələnən hərbi çevrilişdən sonra, 1911-ci ilin mayında Karvaxal Syudad-Xuares sülh konfranslarında Porfirio Dias hökumətinin nümayəndəsi olmuşdur. O, 1906–1912-ci illərdə Ali Ədliyyə Məhkəməsinin naziri olmuş və 31 may 1912-ci ildə yüksək məhkəmənin sədrliyi vəzifəsini icra etmişdir. 1913-cü ilin ortalarında Viktoriano Uerta onu Xarici Əlaqələr üzrə Katib təyin etmişdir. Prezident istefa verdikdən sonra prezident səlahiyyətlərini icra etmişdir. O, 1911-ci ildə paytaxta doğru irəliləyən inqilabçılarla danışıqlar aparmağa çalışmış, lakin konstitusionist lider Venustiano Karransa ondan qeyd-şərtsiz təslim olmağı tələb etmişdir. Karvaxal bundan sonra məsuliyyəti Federal Dairənin qubernatoru general Eduardo İturbideyə tapşırmışdır.
Fransisko Asis Burbon
Fransisko Asis Burbon (isp. Francisco de Asís María Fernando de Borbón y Borbón-Dos Sicilias) (13 may 1822 – 17 aprel 1902 və ya 1902[…]) — İspaniya kral-konsortu. Atası İspaniya kralı IV Karlın oğlu Fransisk Paul, anası isə İki Siciliya kralı I Fransiskin qızı Luiza Şarlottadır. 10 oktyabr 1846-cı ildə əmisi qızı olan kraliça II İzabella ilə evləndi və bu evlilikdən 5 övladı dünyaya gəldi. Ancaq bu uşaqların ondan olmaması barədə bir çox şayələr mövcuddur. Bu şayələrin səbəbi isə Fransiskonun homoseksual olması ilə bağlı olan saray şayələri idi. == Mənbə == Bergamini, John D. The Spanish Bourbons: The History of a Tenacious Dynasty. New York: Putnam, 1974. ISBN 0-399-11365-7 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish).
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). == Həyatı == 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. == Ölümü == Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.