Sardiniya

coğ. Sardaigne f

sardina
sarğı
OBASTAN VİKİ
Sardiniya
Sardiniya (it. Sardegna) — Aralıq dənizində, Appenin yarımadasından qərbdə yerləşən ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 24 min km²-dir. Relyefi əsasən, dağlıqdır. Maksimal hündürlüyü 1834 metdrdir (La-Marmora dağı). Cənub-qərbdə Sardiniyanın mərkəzi hissəsindəki dağlardan Kampidano ovalığı ilə ayrılan İqleziyente massivi yerləşir. İqlimi subtropik, Aralıq dənizi tiplidir. İllik yağıntı 600–1000 mm-dir. Kserofit kolluqlar və palıd meşələri var.
Sardiniya dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Sardiniya krallığı
Sardiniya krallığı (it. Regno di Sardegna; sard. Regnu de Sardigna) və ya Pyemont-Sardiniya — 1720–1861-ci illərdə Avropada mövcud olmuş dövlət. Paytaxtı Turin şəhəri, sahəsi 76 000 km²; əahlisi — 5 167 000 nəfər olmuşdur.
Teti, Sardiniya
Teti (sardin: Tèti) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 43,91 km²-dir. Kommunanın əhalisi 674 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 15 nəfərdir.
Teti (Sardiniya)
Teti (sardin: Tèti) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 43,91 km²-dir. Kommunanın əhalisi 674 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 15 nəfərdir.
Avstriya-Sardiniya müharibəsi
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi, Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie) — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır. == Müharibə == İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blumberg, Arnold. A Carefully Planned Accident: The Italian War of 1859 (Susquehanna University Press.
Siciliyalı Mariya Kristina (Sardiniya kraliçası)
Siciliyalı Mariya Kristina (isp. María Cristina Amelia Teresa de Borbón-Dos Sicilias; it. Maria Cristina Amalia Teresa di Borbone-Napoli) (17 yanvar 1779, Kazerta, Kampaniya – 11 mart 1849, Savona, Liquriya) — Sardiniya kralı Çarlz Feliksin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 6 aprel 1807-ci ildə Çarlz Felikslə Palermoda evləndi. Ərinin 1821-ci ildə Sardiniya kralı olmasının ardından Mariya Kristina da kraliça elan edildi. Cütlüyün övladı olmadı və kralın 1831-ci ildə vəfatının ardından Mariya Kristina qalan ömrünü Turin, Neapol, digər İtaliya şəhərlərində keçirdi. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans [Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living] (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768.
Orleanlı Anna Mariya (Sardiniya kraliçası)
Orleanlı Anna Mariya (fr. Anne-Marie d'Orléans; it. Anna Maria di Orléans) (27 avqust 1669, Sen-Klu – 26 avqust 1728) — Orlean hersoqu I Filippin qızı, Savoyya hersoqinası, Siciliya və Sardiniya kraliçası. == Mənbə == Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press. ISBN 978-0-520-04974-1 Storrs, Christopher: War, diplomacy and the rise of Savoy, 1690–1720, Cambridge University Press, 1999, ISBN 0-521-55146-3 Ragnhild, Marie Hatton (1997). Royal and republican sovereignty in early modern Europe. Cambridge University Press. ISBN 0-521-41910-7 Oresko, Robert (2004).