sarıcalı

sarıcalı
sarıca
sarıcalılar
OBASTAN VİKİ
Sarıcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Sarıcalı (Sarıcalı, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarjalısı, Çəmənli Sarcalisi (yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarcalı kəndinin tam adı Dərgahlı Sarcalısı (Sovet dövründə "Ağdamkənd Sarcalısı") olmuşdur. Youtube-da bax :Bir kəndin nağılı.
Sarıcalı-Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Sarıcalı (Ağcabədi)
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sarıcalı (Ağdam)
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı (Sultaniyə)
Sarıcalı (fars. ساريجالو‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 451 nəfər yaşayır (115 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Sarıcalı (Tərtər)
Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Zolgəran Youtube-da bax :Bir kəndin nağılı.
Sarıcalı (Urmiya)
Sarıcalı (fars. ساريجالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (72 ailə).
Sarıcalı (Xudafərin)
Sarıcalı (fars. ساري جالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (96 ailə).
Sarıcalı bələdiyyəsi
Sarıcalı bələdiyyəsi (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə. Sarıcalı bələdiyyəsi (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunda bələdiyyə.
Sarıcalı oymağı
Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu. Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu.
Sarıcalı (Çəmənli, Ağdam)
Sarıcalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Kəndə bəzən Çəmənli Sarcalısı, yaxud Əmiraslanbəyli Sarcalısı da deyilir. Sarcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir. (Mənbə: Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14) Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı.
Sarıcalı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıcalı bələdiyyəsi (Ağdam)
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. == İstinadlar == == Həmçinin bax == Qarabağ xanlığı == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hüseyn ağa Sarıcalı-Cavanşir
Hüseyn ağa Sarıcalı-Cavanşir (1854 -1924) — şair. == Həyatı == Hidayət ağanın ikinci oğlu Hüsеyn ağa 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Xoştəb şair, xеyrxah insan idi.Onun da nəsibinə sürgün, zindan payı düşmüşdü. 1890-cı ilin yayında Cəbrayılda alman tədqiqatçı Qustav Radde ilə görüşmüşdü. Radde kitabında onu "qəza rəisinin köməkçisi" kimi təqdim edir. Daha sonra tutulub Sibirə sürgün еdilmişdi. Zindan çəkib gələndən sonra atasının ayırdığı mülkü idarə еdirdi. 1895-ci ildə Zaqafqaziya diyarının aksiz idarəsində tütün üzrə nəzarətçi vəzifəsində çalışmışdı. Hüsеyn ağanın torpaqları Ziyarət dağından Arazboyuna qədər uzanırdı.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Məhəmməd bəy Sarıcalı-Cavanşir
Məhəmmədqulu bəy Mehrəli bəy oğlu Sarıcalı-Cavanşir (1762–1797) — Qarabağ xanlığının sərkərdəsi, Mehrəli bəy Sarıcalı-Cavanşirin oğlu. 1797-ci ildə məhz onun əmri ilə Molla Pənah Vaqif və oğlu Əli bəy edam edilmişdir. Özü də elə həmin il Şirvan hakimi Mustafa xan Xançobanlı tərəfindən öldürülmüşdür. Məhəmmədqulu bəy Mehrəli bəy oğlu 1762-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağrıldığından bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir. Məhəmməd bəy 1797-ci ildə qısa müddətə Qarabağı idarə etmişdi. Xanlığın cəsur və qorxmaz sərkərdələrindən biri idi. Molla Pənah Vaqif Məhəmməd bəy haqqında yazmışdı: Qarabağın məşhur el şairi, Aşıq Valeh kimi tanınan Kərbəlayı Molla Səfi isə onun haqqında yazırdı: Məhəmməd bəy Aişə xanım, Hürü xanım və Qızxanım xanım Dürbənd bəy qızı Cinli ilə evli idi.
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir
Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir (1786, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — Qarabağ xanlığının xanzadələrindən biri, Qarabağ xanı İbrahimxəlil xanın VII oğlu, Rusiya İmperator Ordusunun polkovniki. İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy Üngütlünün, əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Qarabağ xanllığının Rusiya imperiyasının tərkibinə keçməsini rəsmiləşdirən Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1806-cı ildə Rusiya-Qacar müharibəsinin gedişatında mayor Lisaneviç tərəfindən İbrahimxəlil xan və ailəsinin qətlə yetirilməsi xəbərini eşidən zaman qardaşı Xanlar ağa kimi Məhəmmədqasım ağa da Qacar imperiyasına sığınmışdır. O, Qarabağa yalnız Gürcüstandakı yeni Qafqaz komandanı Knyaz Qudoviçin (1806–1809) icazəsindən sonra 1807-ci ildə geri dönə bildi və andını yenilədi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edildi və birbaşa imperiya torpaqlarına birləşdirildi. Bunun qarşılığında Məhəmmədqasım ağaya 12 kənd və köçəri obaları verildi. Bunlara Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları daxil idi.
Pənahəli xan Sarıcalı-Cavanşir
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.
Yuxarı Sarıcalı
Yuxarı Sarıcalı, Sarıcalı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. 29 may 2015-ci ildə Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi adlandırılmışdır.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.