sarıgilə

sarıgilə
sarıdöş
sarıgözlü
OBASTAN VİKİ
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı == Təbii yayılması == Avropada,Asiyada,Şimali Amerikada bitir. == Botaniki təsviri == Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. == Ekologiyası == Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. == İstifadəsi == Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.

Значение слова в других словарях