sarıtorpaq

sarıtorpaq
sarıtmaq
sarıtorpaqlı
OBASTAN VİKİ
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi. İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
Sarıtorpaq məhəlləsi (Şamaxı)
Sarıtorpaq məhəlləsi — Şamaxının böyük məhəllələrindən biri olub. Xəritədə onun ərazisi Ağsunun Qırlar kəndinə qədər gedib çıxdığı göstərilir. Bu məhəllədə ziyalılar, ədiblər yaşayıb. Torpağı sarı rəngli, qumsal torpaq olduğundan məhəllənin adı da Sarıtorpaq olub. Hazırda məhəllələrin adları rəsmən dəyişdirilsə də ancaq 20-si hələ də köhnə adı ilə adlandırılır. Türk səyyahı E. Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S. Qmelin Şapuran məhəlləsinin adını şəkir.

Значение слова в других словарях