Satışın Stimullaşdırılmasının Məqsədləri

marketinq strategiyasının mühüm komponentidir. Beş məqsəd qrupunu təsnifləşdirir: diqqətin cəlb edilməsi, lazımi məlumatla təmin etmə, mala üstünlük verməni yaratma, satışın həyata keçirilməsi və alıcının bu malı almaqda olduqca haqlı olmasını xatırlatmaq.
Satışın Həcmi
Satışlarda Mümkün Azalma
OBASTAN VİKİ
Dayanıqlı İnkişaf Məqsədləri
Dayanıqlı inkişaf məqsədləri (ing. Sustainable Development Goals) – Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər. "Qlobal Məqsədlər" kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Minilliyin İnkişaf Məqsədlərinin nailiyyətlərini davam etdirəcək yeni qlobal inkişaf çərçivəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar 2012-ci ildən 2015-ci ilədək davam etdi. Yekun sənəd 2015-ci ilin sentyabrında ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Dayanıqlı İnkişaf Sammitində imzalandı.
Minilliyin İnkişaf Məqsədləri
Minilliyin İnkişaf Məqsədləri — 193 BMT üzvü olan dövlət və ən azı 23 beynəlxalq təşkilatın 2015-ci ilədək əldə etməyi qəbul etdikləri səkkiz beynəlxalq inkişaf hədəfidir. Məqsədlər həddindən artıq yoxsulluğun azaldılması, uşaq ölümünün azaldılması, QİÇS kimi epidemiya xəstəlikləri ilə mübarizə və qlobal inkişaf əməkdaşlığının artırılmasıdır. 2001-ci ildə, BMT-nin üzvü olan ölkələr, yoxsul millətlərə daha fəal yardım göstərməyin lazım olduğunu qəbul edərək əsas hədəfləri qəbul etdilər. MİM-lərin məqsədi dünyanın ən kasıb ölkələrində sosial və iqtisadi şəraiti yaxşılaşdırmaqla inkişafı sürətləndirməkdir. Bu hədəflər daha əvvəlki beynəlxalq inkişaf hədəfləri üzərində qurulur və 2000-ci ildə keçirilən bütün dünya liderlərinin BMT-nin Minilliyin Bəyannaməsini qəbul etdiyi səkkiz hədəfi təqdim etdiyi Minilliyin Sammitində rəsmi olaraq təsis edilmişdir. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyinin 20-ci ilində Azərbaycan yüksək inkişafa nail oldu. Dövlət, Ümumi Milli Gəlirin adambaşına hesabının 2002-ci ildəki 720 dollar göstəricisindən 2011-ci ildə 5, 290 dollara qalxaraq yuxarı orta gəlirli ölkələr sırasına qoşulması ilə fərqlənir. Azərbaycan sərvətlərin bölüşdürülməsini inkişaf etdirən yüksək inkişaf və siyasətlər və proqramlar nəticəsində 2000-ci illərdə yoxsulluğun əsaslı surətdə azaldılmasına nail oldu. Neft gəlirlərindən yararlanan Azərbaycan əhali üçün məvaciblərin və sosial köçürmələrin artırılması üçün, eləcə də iqtisadiyyatın modernizasiyasına yönəlmiş institusional islahatları genişləndirmək üçün genişhəcmli ictimai sektora aid sərmayə proqramları və bunu dəstəkləyəni siyasət həyata keçirməyə başladı. Bu cəhdlər əsaslı artım və yoxsulluğun azalması ilə nəticələnmişdir.
Satışın maya dəyəri
Satılan malların dəyəri (və ya satışın maya dəyəri) müəyyən dövr ərzində satılan malların balans dəyərini əks etdirir. Xərclər bir neçə üsuldan, o cümlədən FIFO və ya orta maya dəyəri kimi silinmə (maya dəyərinin hesablanması) metodlarından istifadə etməklə konkret məhsula təyin edilir. Xərclərə ehtiyatların hazırkı yerləşdiyi yerə və vəziyyətinə gətirmək üçün çəkilmiş bütün alış, emal və digər məsrəflər daxildir. Müəssisənin istehsal etdiyi məhsulun məsrəflərinə materiallar, əmək və ayrılmış qaimə məsrəfləri daxildir. Satılmamış malların dəyəri inventar satılana və ya silinənə qədər ehtiyatların dəyəri kimi köçürülür. Əksər müəssisələr aldıqları və ya istehsal etdikləri məhsulları satırlar. Malların əldə edilməsi və ya istehsalı zamanı müvafiq məsrəflər malların (və ya ehtiyatların) inventarının bir hissəsi kimi kapital hesabına daxil edilir. Bu xərclər müəssisənin malların satışından əldə edilən gəliri tanıdığı dövrdə xərclər kimi tanınır. Xərclərin müəyyən edilməsi (qiymətləndirilməsi) alınmış malların və ya materialların uçotunun aparılmasını, eləcə də alışda hər hansı endirimlərin aparılmasını tələb edir. Bundan əlavə, əgər məhsul dəyişdirilirsə , o zaman müəssisə əmtəənin dəyişdirilməsi ilə bağlı çəkdiyi xərcləri müəyyən etməlidir.