Satqı sifarişi

Sell order Qiymətli kağızın satılmasına dair brokerə verilən sifariş.
Satışın həcmi
Sektor indeksi
OBASTAN VİKİ
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Dövlət sifarişi
Dövlət sifarişi – ümumi işlərin içra olunmasına dair hökumət tərəfindən verilən tapşırıqdır. Dövlətin təsdiq etdiyi və ya qəbul etdiyi proqramlara uyğun olaraq dövlət büdcəsi vəsaiti ilə maliyyələşdirilir. Sifarişin təsərrüfat fəaliyyəti bütün sferalarda ən mühüm dövlət tələbatlarının ödənilməsini təmin edir. Sənaye istehsalı sahəsində zəruri ümumdövlət tapşırıqlarının, tədqiqatlar və işləmələr sahəsində, elmi-texniki proqramların, ictimai-sosial sferada və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi yönündə işlərin yerinə yetirilməsinə zəmanət verir. Dövlət sifarişi təsərrüfat əlaqələrinin birbaşa olaraq tənzimlənməsi forması kimi başa düşülür. == Ümumi məlumat == Mərkəzləşdirilmiş şəkildə planlaşdırılan iqtisadiyyatda Dövlət sifarişi yuxarı orqan tərəfindən müəssisəyə və ya birliyə verilən icbari olaraq onun istehsal planına salınan tapşırıqdır. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində Dövlət Sifarişi, bu və ya digər məhsulun istehsalı üzrə dövlət nümayəndələri ilə müəssisələr arasında müsabiqə əsasında bağlanmış müqavilə kimi başa düşülür. Sifarişin icraçılarına həm dövlət müəssisələri, həm də digər mülkiyyət formaları, özəl və ya səhmdar çəmiyyətlərə malik təsərrüfat subyektləri aid edilir. Dövlət sifarişində davamlı maliyyələşmə nəzərdə tutulduğundan icraçı üçün sərfəli olur, bu səbəbdən Dövlət sifarişi bir çox halda lobbiçilik, həmçinin potensial icraçılar arasında sərt rəqabət predmetinə çevrilir.
Alqı-satqı müqaviləsi
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.

Значение слова в других словарях