savoir
savoureux
OBASTAN VİKİ
Capsella savonica
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cirolamo Savonarola
Cirolamo Savonarola (21 sentyabr 1452, Ferrara – 23 may 1498, Florensiya, Florensiya Respublikası) — Dominikan din adamı və Florensiya şəhərinin 1494–1498 illəri arasındakı hökmdarı. İntibah əleyhdarı vəzləri, günah olaraq gördüyü kitab və sənət əsərlərini yaktırmasıyla tanınır. Çox dindar bir katolik olmasına baxmayaraq, din adamlarının vəzifələrini sui-istifadə tənqid etməsi baxımından Martin Lüter və digər reformistlərin qabaqcılı sayılır. Papanın göstərişi ilə tonqalda yandırılaraq öldürülür. 1494-cü ilin sentyabrında Fransa kralı VIII Çarlz İtaliyaya hücum edib Florensiyanı təhdid edəndə Savonarolanın peyğəmbərlikləri yerinə yetmək ərəfəsində görünürdü. Keşiş Fransa kralına müdaxilə edərkən, Florensiyalılar hakim Mediciləri qovdular və Savonarolanın təkidi ilə faktiki olaraq Savonarolanın nəzarəti altında olan "yaxşı qarşılanan" respublika qurdular. Florensiyanın Xristianlığın dünya mərkəzi olan Yeni Qüds olacağını və "həmişəkindən daha zəngin, daha güclü, daha əzəmətli" olacağını bəyan edərək,o, Florensiyalı gənclərin fəal köməyinə müraciət edərək, ifrat mənəviyyat kampaniyası başlatdı. 1495-ci ildə Florensiya fransızlara qarşı Papa VI Aleksandrın Müqəddəs Liqasına qoşulmaqdan imtina etdikdə, Vatikan Savonarolanı Romaya çağırdı. O, itaətsizlik etdi və qadağa altında təbliğ etməklə papaya daha da meydan oxudu, islahat kampaniyasını yürüşlər, boş yerlərin tonqalları və dindar teatr nümayişləri ilə vurğuladı. Cavab olaraq Papa İskəndər 1497-ci ilin mayında Savonarolanı xaric etdi və Florensiyanı qadağa altına alacağı ilə hədələdi.
Cənubi Savoniya
Cənubi Savoniya və ya rəsmi olaraq Cənubi Savo (fin Etelä-Savo; isv. Södra Savolax) - Finlandiyanın vilayətidir. Bu vilayət Şimali Savoniya, Şimali Kareliya, Cənubi Kareliya, Kyumenlaakso, Pyayat-Hyame və Mərkəzi Finlandiya ilə əhatələnib. Cənubi Savoniya Finlandiya göllər bölgəsinin mərkəzindədir və Finlandiyanın ən böyük gölü olan Sayma gölü də bu vilayətdə yerləşdir. Vilayət 12 kommunadan ibarətdir. Mikkeli, Savonlinna və Pieksyamyaki kommunalarının şəhər statusu var. Yerli mətbəxi, adətən, kartof püresi ilə servis edilən qızardılmış kiles balığı və lyortsi adlanan yarımdairəvi şirniyyatı ilə məşhurdur. Southern Savonia (official site).
Savona
Savona — İtaliyanın Liquriya regionunda şəhər.
Savona əyaləti
Savona əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Savoniya Tətbiqi Elmlər Universiteti
Savoniya Tətbiqi Elmlər Universiteti — Finlandiyanın ən böyük universitetlərindən biri. Bu ali təhsil müəssisəsi politexnik statusunu daşıyır. Altı müstəqil institutun və akademiyanın birləşməsi yolu ilə 1992-ci ildə yaradılmış universitet aparıcı mövqeyə malikdir. Savoniya Tətbiqi Elmlər Universitetində təlim özündə praktik bacarıqlarla nəzəri bilikləri birləşdirir. Tədris prosesi mühazirələr, layihə və laboratoriya işləri, seminarlar, həmçinin tədqiqatlar kimi müxtəlif növ təlim istiqamətlərini əhatə edir. Tələbə özü üçün tədris planını müəyyən edir. Proqramlar baza, peşəkar təhsil, təcrübədən və diplom yazılışından ibarətdir. Bu gün universitetdə 6500 tələbə təhsil alır. Universitet tələbələrə yeddi sahə üzrə təhsil alma imkanını təklif edir: texnologiya, kommunikasiya və nəqliyyat (elektronika, informasiya texnologiyaları, yanğın təhlükəsizliyi, ağac emalı, tikinti, elektrotexnika, ekotexnologiyalar, avtomatlaşdırma, maşınqayırma,); təbiət elmləri; sosial elmlər, biznes və idarəetmə (beynəlxalq idarəetmə, maliyyə, marketinq, idarəetmə, maliyyə idarəetməsi); mədəniyyət (musiqi, xoreoqrafiya təhsili, dizayn); təbii resurslar və ətraf mühit (kənd təsərrüfatı); turizm və mehmanxana biznesi (mehmanxana və restoran biznesi); sosial xidmətlər, səhiyyə və idman (tibb işi, sosial iş, bioanalitika, fizioterapiya, stomatoloji gigiyena). Ali təhsil müəssisəsində tədris prosesi fin və ingilis dillərində aparılır.
Şimali Savoniya
Şimali Savoniya və ya rəsmi olaraq Şimali Savo (fin Pohjois-Savo; isv. Norra Savolax) - Finlandiyanın vilayətidir. Bu vilayət Cənubi Savoniya, Mərkəzi Finlandiya, Şimali Ostrobotniya, Kaynuu və Şimali Kareliya ilə sərhəddir. Mərkəzi Kuopio şəhəridir. Vilayətdəki ən böyük göl Kallavesi gölüdür. Vilayət 19 kommunadan ibarətdir. Qarın şriftlə göstərilən 5 kommunanın şəhər statusu var. Regionun ənənəvi yeməyi balıq və piroqla doldurulan bekon əti kalakukkodur. Şərqi Finlandiya Universitetinin Kuopio kampusu Savoniya Tətbiqi Elmlər Universiteti Sibelius Akademiyasının Kuopio fillialı Humak Tətbiqi Elmlər Universitetinin Kuopio fillialı North Savonia (official site).