SAYDA

сущ. сайда (северная морская промысловая рыба сем. тресковых)
SAYÇI
SAYDIRMA
OBASTAN VİKİ
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Sayda (dəqiqləşdirmə)
Sayda — balıq. Sayda (rayon) — Livanda rayon. Sayda (şəhər) — Livanın üçüncü ən böyük şəhəridir.
Sayda (şəhər)
Sayda (ərəb. صيدا‎‎, Sayda — hərfi mənası «balıqçılıq»), qədim zamanlarda isə Sidon (fin. 𐤑𐤃𐤍, qədim yunan dilində Σιδών) — Livanın üçüncü ən böyük şəhəridir. Aralıq dənizi sahilində yerləşir. Sur şəhərindən 25 mil şimalda, Beyrutdan isə 30 mil cənubda yerləşir. Bu şəhər Livanın paytaxtıdır. Həmçinin qədim Finikiya şəhərlərindən biri olmuşdur. X-IX əsrlərdə ən məşhur ticarət şəhərlərindən biri olmuşdur. Bibliyada Xanaana adı kimi adı çəkilir. Bu şəhərin şərəfinə Avropanın Yupiterdəki peyki belə adlanır.
Rəfiq Saydam
İbrahim Rəfiq Saydam (türk. İbrahim Refik Saydam;8 sentyabr 1881, Konstantinopol – 8 iyul 1942, İstanbul) — Türkiyəli həkim və siyasətçi, Türkiyə Cümhuriyyətinin 4-cü baş naziri. Rəfiq Saydam 8 sentyabr 1881-ci ildə İstanbulun Fateh ilçəsinin Çırçır məhəlləsində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1892-ci ildə Fateh Hərbi Orta Məktəbinə, 1896-cı ildə İstanbul Qülləli Hərbi Liseyinə daxil olub. O, 22 oktyabr 1905-ci ildə Hərbi Tibb Məktəbini tibb kapitanı rütbəsi ilə bitirmişdir. Üç il Gülhanə Hərbi Tibb Akademiyasının "Embriologiya və Histologiya" şöbələrində çalışmışdır. 1910-cu ildə təhsil almaq üçün xaricə gedən Rəfiq Saydam Almaniyanın Berlin Hərbi Tibb Akademiyasında Brandenburq, Danzik, Spandau və Şaritedə təhsil alıb. Balkan müharibəsinin başlanması səbəbi ilə 1912-ci ildə İstanbula qayıdıb. Balkan müharibəsi zamanı Antalyada və Çatalca cəbhəsində vəba xəstəliyinin qarşısının alınması üçün çalışıb. O, 1914-cü ildə Baş səhiyyə müfəttişinin köməkçisi vəzifəsinə təyin edilərkən Bakteriologiya İnstitutunu təşkil edərək orada tif, dizenteriya, taun və vəba peyvəndlərini istehsal etmiş və I Dünya müharibəsi boyu ordunun ehtiyaclarının ödənilməsini təmin etmişdi.

Значение слова в других словарях