sayrışmaq
saysız
OBASTAN VİKİ
Billi Rey Sayrus
Billi Rey Sayrus — (ing. Billy Ray Cyrus; d. 25 avqust 1961, Kentukki, ABŞ), Amerikalı aktyor və müğənni. Bu ana qədər 29 single albomu vardır. Bu albomlardan 15 dünya sıralamasında ilk 40-a girmişdir. Sayrus televiziya seriallarına 2001-ci ildə Doc serialıyla çıxmışdır və bu filmdə 2004-cü ilə qədər rol almışdır. Billi Rey Sayrus, qızı Mayli Sayrus ilə Hanna Montana seçmələrinə qatılmışdır. Orada Robbie Ray Steward rolunu almışdır. Mayli Sayrus'un bir çox mahnısını yazmış və bəstələmişdir. Serialda Miley Stewart'ın atası Robbie Ray Stewart olaraq oynamışdır.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Sayrus Dallin
Sayrus Dallin (ing. Cyrus Edwin Dallin; 1861, Sprinqvill, Yuta – 1944, Arlinqton, Massaçusets) — Amerikalı heykəltaraş və oxçu, 1904 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == İdmançı == 1904-cü ildə Sent-Luis şəhərində keçirilən oyunlarında, Dallin bütün kişi fənlərində iştirak etdi. Komanda yarışında üçüncü oldu və bürünc medal qazandı.
Flowers (Mayli Sayrus mahnısı)
Flowers (azərb. Çiçəklər‎) — ABŞ müğənnisi Mayli Sayrus tərəfindən ifa edilmiş mahnı. Mahnının təqdimatı 12 yanvar 2023-cü ildə Columbia Records leyblı tərəfindən həyata keçirilmişdir. Mahnı, müğənninin səkkizinci studiya albomu olan "Endless Summer Vacation" (2023) albomunun lid-sinqlı kimi təqdim edilmişdir. Mahnı böyüq uğur qazanaraq, ilk yayım həftəsində Spotify yayım servisində 101 milyon dəfədən çox dinlənmiş, eyni zamanda, dünyanın müxtəlif ölkələrində hit paradların zirvəsinə yüksəlmişdir.