Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər.E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Dama
Dama (oyun) — taxta lövhə üzərində aparılan strateji oyun növü
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir.Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır.Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir. 1506-cı ildə Portuqaliya donanması Lamunu mühasirəyə almaq üçün bir gəmi göndərdi və bir neçə gün sonra donanma şəhər başçısını illik 600 metikal dəyərində xərac ödəməyə razı olmağa məcbur etdi. Portuqaliyanın bu hərəkəti, Hindistanın Okean sahili boyunca ticarətə nəzarət etmək üçün müvəffəqiyyətli missiyasına səbəb oldu.
Dama dama mesopotamica
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Dama (heyvan)
Lan (lat. Dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dama carburangelensis
Dami İm
Dami İm (kor. 임다미, ing. Dami Im; 17 oktyabr 1988, Seul) — Cənubi Koreyada anadan olmuş Avstraliya müğənnisi və bəstəkarı. İm doqquz yaşında ikən ailəsi ilə birlikdə Cənubi Koreyadan Avstraliyaya köçmüşdür. O, 2013-cü ildə Avstraliyanın The X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmış və nəticədə Sony Music Australia albom şirkəti ilə müqavilə fürsəti əldə etmişdir. Yarışmadakı qalibiyyətindən sonra İmin "Alive" adlı debüt sinqlı təqdim olunmuşdur. Mahnı Avstraliya hit paradlarında birinciliyə yüksələ bilmişdir. Daha sonra ifaçının öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır. İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ildə işıq üzü görmüş və ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur.
Lui Davu
Lui Nicolas Davu (10 may 1770[…] – 1 iyun 1823[…], Paris) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Fransa tarixində Napoleonun heç bir döyüşdə məğlub olmayan yeganə marşalı kimi tarixə düşmüşdü. == Həyatı == 1770-ci ildə anadan olan Lui Davu Napoleonla birgə Briensk hərbi məktəbində təhsil almışdı. General-mayor Davu 1798-1801-ci illərdə Napoleonun Misirə olan yürüşündə iştirak etmişdi. Süvari dəstələrinin başçısı olan Davu xüsusilə 1799-cu il Əbukir döyüşündə fərqlənir. Həmin döyüşdə Napoleonun 7 minlik ordusu Mustafa Paşanın rəhbərlik etdiyi 15 minlik türk ordusu darmadağın etmişdi. Bu ekspedisiyadan sonra Davu Napoleonun yaxın çevrəsinə daxil olur və 1800-1801-ci illər arasında Napoleonun İtaliya ordusunun süvari dəstələrinin başçısı olur. 1804-cü ildə Davu ən yüksək hərbi vəzifəyə layiq görülür- o Fransanın marşalı adını alır və Napoleonun məsləhətçilərindən biri olur. 2 dekabr 1805-ci ildə Auserlits yaxınlığında baş verən və tarixə “Üç imperatorun döyüşü” kimi düşən döyüşdə Napoleonun hərbi dəstələri Rus-Avstriya birləşməsini darmadağın edir. 1806-cı il də “dəmir marşal” üçün uğurlu olur. Güclü Prusiyaya qarşı Auerştedst yaxınlığındakı döyüşdəki parlaq qələbədən sonra imperator Napoleon ona ordenlərlə yanaşı Auerştedstın hersoqu vəzifəsinə təyin etmişdi.
Samu Kastilyexo
Samuel Kastilyexo Azuaga (isp. Samuel "Bravo Samu" Castillejo Azuaga ; 18 yanvar 1995[…], Barselona) — ispaniyalı peşəkar futbolçu, İspaniyanın "Valensiya" klubunun cinah hücumçusu. == Karyerası == Samu Kastilyexo Malaqa klubunun yetirməsidir. Futbolçunun Malaqanın heyətində debütu, 30 avqust 2014-cu ildə Valensiya ilə oyunda baş verir.2015-ci ilin iyulunda futbolçu "Vilyarreal" klubuna keçir. 23 avqust 2015-ci ildə "Betis"ə qarşı oyunda "Vilyreal"ın heyətində debüt edir.Futbolçu 2018-ci ilin avqustunda İtaliya nəhəngi "Milan" klubuna transfer olunur. Yeni klubunda debütu 31 avqust 2018-ci ildə "Roma" klubuna qarşı oyunda olur. Futbolçunun "Milan" forması ilə ilk qolu isə, 30 sentyabr 2018-ci ildə "Sassuolo" klubuna qarşı oyunda baş verir.
Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Çikvubuyke Adamu
Çikvubuyke Cunior Adamu (6 iyun 2001-ci ildə Nigeriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Adamu GSV Vakker akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ilin yanvar ayında o, Qrazer klubuna transfer olmuşdur. 2015-ci ildə isə Adamu Red Bull Zalsburq klubu ilə müqavilə imzalamışdır. Adamu öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Karim Adeyemini əvəz etmişdir. Avstriya Birinci Liqası görüşündə Liferinq rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Adamu Nigeriyada anadan olmuşdur. Lakin Avstriya millisinə dəvət alır. O, Avstriya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
İvi Adamu
İvi Adamu (yun. Ήβη Αδάμου; 24 noyabr 1993) — Kiprli müğənni. Kipri 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == == Diskoqrafiya == === Albomlar === Σαν ενα Όνειρο (2011) === EP === Καλοκαίρι στην Καρδιά (2010) Χριστούγεννα με την Ήβη Αδάμου (2010) === Sinqllar === Α.Γ.Α.Π.Η (2010) Σώσε Με (2010) Σαν Έρθει Η Μέρα (feat. Stavento) (2010) Last Kiss (2010) Το Μυστικό Μου Να Βρείς (2010) Κράτα Τα Μάτια Σου Κλειστά (feat. Melisses) (2011) Κάνω Μια Ευχή (2011) Βόλτες στ' αστέρια (2011) La La Love (2012) Madness (feat. TU) (2012) Avra (Mestral) (feat.
Dama mesopotamica
İran lanı (lat. Dama mesopotamica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Samu Omorodion
Samuel "Samu" Omorodion Aqehova (5 may 2004, Melilya, İspaniya) — La Liqa təmsilçilərindən olan "Qranada" klubunda hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusu. == Klub karyerası == Samu Melilya şəhərində anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır. Gənc yaşlarında Samu Marakane, Qranada, Əndəlüs bölgələrində yaşamışdır. 2021-ci ildə o, Nervion klubundan "Qranada" klubuna transfer olmuşdur.Omorodion əvəzedici komandada debütünü 6 mart 2022-ci ildə Markamalo klubuna qarşı oyunda etmişdir. Sequnda Diviziyası görüşündə ikinci hissə meydana çıxan Samunun komandası rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. O, komandada ilk qolunu 25 sentyabr tarixində El Exido klubuna qarşı oyunda vurmuş və komanda rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.20 aprel 2023-cü ildə B komandada özünü isbatladıqdan sonra Samu Nasirilər ilə 2028-ci ilə qədər müqavilə imzalamışdır. O, əsas komandada və La Liqada debütünü 1 avqust 2023-cü ildə "Atletiko Madrid" klubuna qarşı oyunda etmişdir. Qolla yadda qalan Samunun komandası rəqibinə 1–3 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Samu həm İspaniya, həm də Nigeriya vətəndaşlığına sahibdir.
Dama-dama göl olar (film, 1982)
Atli Dam
Atli Pautursson Dam (12 sentyabr 1932 - 7 fevral 2005) üç dəfə, ən son 1991-ci ildən 1993-cü ilə qədər Farer adalarının baş naziri vəzifəsində çalışmış farerli siyasətçi.Bu günə qədər o, cəmi 16 il xidmət etmiş, Farer tarixində ən uzun müddət vəzifədə olmuş baş nazirdir.O, 1932-ci ildə Tvoroyridə Peter Mohr Dam və Sigrid Ragnhild, nee Strom oğlu kimi anadan olub.1964-cü ildə mühəndis təhsili alıb və 1970-ci ildə baş nazir olana qədər Danimarkanın Haldor Topsoe şirkətində çalışıb.O, 1981-1985-ci illərdə və 1989-cu ildən ölümünə qədər Farer İpoteka Təşkilatının (Foroya Realkreditt) vitse-prezidenti olub. 1970-ci ildə Loqtinqə seçildi və elə həmin il Balıqçılıq Naziri oldu və həmin ildə baş nazir təyin edildi. Farer maliyyə böhranından sonra, sağlamlıq problemləri ilə daha da ağırlaşan Dam, 18 fevral 1993-cü ildə baş nazir və Sosial Demokrat Partiyasının rəhbəri vəzifəsindən istefa verdi və onun yerinə Marita Petersen keçdi.Onun ən böyük siyasi nailiyyətlərindən biri Danimarkanın baş naziri Poul Schlüter ilə danışıqları ehtiva edir ki, bu da Farer yeraltı və bütün təbii sərvətlərinin Farer dövlətinin mülkiyyətinə çevrilməsi ilə nəticələnir, ondan əvvəl bu sərvətlər danimarkalılara məxsus idi.1994-cü il seçkilərində Loqtinq üçün yenidən seçilə bilmədi.
Dam iynəquyruğu
Dam iynəquyruğu (lat. Chaetura pelagica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin i̇ynəquyruq cinsinə aid heyvan növü.
Dam tarağı
Dam darağı — monumental Mezoamerikan memarlığında piramidanın zirvəsində olan quruluş. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Tipik olaraq, dam daraqları piramidaların və digər strukturların zirvəsini taclandırdı; bir-birinə söykənən iki deşilmiş çərçivə divarından ibarət idi. Bu çərçivə tanrıların və ya mühüm hökmdarların rəssam təsvirləri ilə bəzədilmiş gipslə örtülmüşdür. == Tarixi və əhəmiyyəti == Mayyalılar Mesoamerikadakı ən mühüm abidələrdən bəzilərini düzəltdilər. Onların sivilizasiyası eramızın 500–900-cü illəri arasında öz "qızıl dövrünü" yaşadı. Maya heroqliflərinin bu yaxınlarda deşifrə edilməsi onların memarlığına yeni anlayış gətirdi; bu piktoqrafik simvollar tarixçilərə konkret tikililərin nə vaxt və kimlər tərəfindən tikildiyi barədə məlumat verir. Maya dini memarlığında hündürlüyə diqqət yetirilirdi ki, bu da tez-tez göylərə və tanrılara doğru uzanan baş dönmə pilləkənləri ilə özünü göstərirdi. Çox vaxt piramidalar mövcud olanların üzərində tikilirdi; bu, daha böyük struktura malikdir.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. == Həyatı == Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. === Vəfatı === 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Kürd-Dam
Kürd-Dam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Coşəqan və Kamu
Kamu və Covgan (2013-cü ilə qədər Çövşiqan və Kamu) – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,477 nəfər və 1,730 ailədən ibarət idi.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.