saç-saqqallı

saç-saqqallı
saç-saqqal
saçaq
OBASTAN VİKİ
Saç kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Saç köpüyü
Saç köpüyü və ya saç musu (ing. Hair mousse) — bir saç forma vermə məhsuludur ki əlavə həcm və parlaq üçün saça əlavə edilir. Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Saç əkimi
Saç əkimi vəya Saç transplantasiyası saçlara edilən bir estetik cərrahiyə növüdür. Saç əkimi tökülmüş saç nahiyəsinə donor bölgə olan arxa bölgədən tüklərin alınıb, kanal açıldıqdan sonra yerləşdirmə prosedurudur. Saç transplantasiyası daha çox başa tətbiq edilsə də, kirpiklərə, qaşlara, saqqal tüklərinə, sinə tüklərinə, qasıq tüklərinə tətbiq edilə bilər.
Saqqallı akulakimilər
Saqqallı akulakimilər (lat. Orectolobiformes) — Akulalar dəstəsi. Saqqallı akulakimilərin hamısında iki tikansız arxa üzgəclər, səpələyicilər və 2-4-ü döş üzgəclərindən başlayaraq yerləşmiş 5 qəlsəmə yarığı var. Əksər növlərinin gözləri nisbətən yuxarı hissədə yerləşmişdir. Saqqallı akulakimilərin 2 yarımdəstəsinin, 7 fəsiləsi və bura daxil olan 14 cinsə aid 32 növü var.
Saqqallı keçi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Saqqallı qartal
Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü. Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Saqqallı yapalaqca
Saqqallı yapalaqca (lat. Strix nebulosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Alek Con Saç
Alek Con Saç (ing. Alec John Such; 14 noyabr 1951, Yonkers[d], Nyu-York ştatı – 5 iyun 2022) — Bon Jovi qrupunun 1983–1994 illəri arasındakı bas gitaristidir. Alek Con Saç, 1994-cü ildə qrupdan öz istəyi ilə ayrılmış və o tarixdən etibarən Bon Jovi üzvləri, qrupa "rəsmi" bir bas gitarist dəvət etmədilər. Con Bon Covi, veridiyi bir reportajda "Alek hər zaman Bon Jovi qrupunun bir üzvüdür. Nə zaman istəsə geri gəlmə hüququna malikdir, buna görə onun yerini ayrı tutmaq üçün rəsmi bir üzvü qrupumuza daxil etmədik" demişdir. Albom və konsert hazırlığında Bon Jovi, bas gitarist olaraq Hugh McDonald ilə işləmişdir. Ancaq "rəsmi" bir üzv kimi heç vaxt qəbul edilməmişdir. Bu səbəbdəndir ki, foto çəkilişləri və kliplərdə Hugh McDonald'ın üzünə demək olar ki, heç rastlanılmır. Alek Con Saç eyni zamanda fəal olaraq Nyu-Yorkda bir motosiklet mağazası işlədir.
Qırmızımtıl-sarı saqqallı
Qırmızımtıl-sarı saqqallı (lat. Trachyphonus erythrocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin afrika saqqallıları fəsiləsinin trachyphonus cinsinə aid heyvan növü.
Adi saqqallı suiti
Adi saqqallı suiti (lat. Erignathus barbatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin saqqallı suiti cinsinə aid heyvan növü.