SCALE

scale1

n I 1. tərəzi gözü; to turn the ~ məc. tərəzinin gözünü əymək, üstün gəlmək, məsələni həll etmək; 2. pl tərəzi (həm də a pair of ~ s); kitchen ~s mətbəx tərəzisi

n II 1. zool. pulcuq; xal (kəpənəklərin qanadlarında); fish’s / snake’s ~ balıq / ilan pulcuğu; 2. qabıq; nazik pərdə / təbəqə / qabıq; to scrape off ~ qabığı təmizləmək; 3. ərp; 4. dişdaşı

n III 1. miqyas; the ~ of a map / of a drawing xəritənin / çertyojun miqyası; 2. ölçü; vüsət, genişlik; natural ~ təbii ölçü; on / upon a large / a small ~ böyük / kiçik ölçüdə; 3. şkala; the ~ of a thermometer termometrin şkalası; 4. dərəcələrə bölmə; cədvəl; ~ of wages / of pensions əməkhaqqı / təqaüd cədvəli; 5. səviyyə, mərhələ (inkişaf haq.); vəziyyət, yer; to be high in the social ~ cəmiyyətdə yüksək səviyyədə olmaq; to sink / to rise in the social ~ cəmiyyətin pillələrində enmək / yüksəlmək

scale2

v I 1. çəkmək (tərəzidə); çəkisi olmaq; to ~ six pounds altı funt çəkisi olmaq; 2. çəkmək; özünü çəkdirmək (tərəzidə)

v II 1. təmizləmək; to ~ fish balıq təmizləmək; 2. qabığını almaq (noxudun vəs.); 3. qaşımaq, qazımaq, qaşıyıb / qazıyıb təmizləmək (ərpi, dişdaşını və s.); 4. qabıq vermək, qabığı soyulmaq (həm də to ~ off); 5. ərp bağlamaq, ərplə örtülmək

v III 1. qalxmaq, çıxmaq; dırmaşmaq, dırmaşıb çıxmaq; to ~ a wall divara çıxmaq / dırmaşmaq; to ~ the stairs pilləkənləri qalxmaq / çıxmaq; to ~ a mountain dağa dırmaşmaq / qalxmaq; 2. müəyyən miqyasda ifadə etmək; to ~ a building binanın layihəsini müəyyən miqyasda çəkmək

SCALDING
SCALP
OBASTAN VİKİ
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
Melaleuca scalena
Melaleuca scalena (lat. Melaleuca scalena) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Scalesia
Scalesia (lat. Scalesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Scalesia affinis Hook.f. Scalesia aspera Anderss. Scalesia atractyloides Arn. Scalesia baurii B.L.Rob. & Greenm. Scalesia helleri B.L.Rob. Scalesia incisa Hook.f. Scalesia microcephala B.L.Rob.