SEHR

mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar; ovsun, cadu.
SAYİM
SEHRBAZ
OBASTAN VİKİ
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Rənglərin sehrli dünyası (film, 2007)
Film Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin zəngin və son dərəcə maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.
Sehran Vəliyev
Sehrbaz (film, 2006)
İllüziyaçı (ing. The Illusionist) — Neil Burger tərəfindən 2006-cı ildə dram janrında çəkilmiş film. Film Stevan Milhauzerin eyni adlı qısa hekayəsi əsasında çəkilmişdir. Sehirbaz filmi XX əsrin keçid dönəmlərində Avstriya-Macarıstan imperiyasına daxil olan Vyana şəhərində fəaliyyət göstərən Sehirbaz Eyzenhaymın (Edvard Norton) başına gələn hadisələrdən bəhs edir.
Sehrbazlar dəstəsi (film, 2013)
Yalan illuziyası (ing. Now You See Me) — Fransız rejissor Luiz Leterrier tərəfindən 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Film 21 may 2013-cü ildə təqdim edilmişdir. Cessi Ayzenberq — J. Daniel Atlas, illüziyaçı və dörd atlının lideri. Mark Ruffalo — Dilan Rods, bank oğurluğunu araşdıran FTB agenti. Vudi Harrelson M erritt MakKinni, mentalist. Isla Fişer — Henli Rivs, eskapist. Deyv Frenko — Cek Uaylder, sürətli illüziyaçı. Mélanie Laurent — Alma Drey, bank oğurluğunu araşdıran İnterpol agenti. Morqan Friman — Thaddeus Bradley, sehrbazlar arasında sirrləri ortaya çıxararaq pul qazanan qoca sehrbaz.
Sehrbazların siyahısı
Bu siyahıda sehrbaz və illuziyonistlərin adları göstərilib.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Sehriman Əliyev
Sehrin rəngi (roman)
“Sehrin rəngi” (ing. The Colour of Magic ) – ingilis yazıçısı Terri Pratçettin 1983-cü ildə yazılmış yumoristik fentezi janrında romanı. “Yastı dünya” (ing.”Discworld”) seriyasından ilk roman. Romanda barəsində söhbət gedən sehrin rəngi Yastı dünyanın göy qurşağının səkkizinci rəngi olan oktarindir. Romanda həm də sehrli metal oktiron (Aqat imperiyasında kəşf edilmiş ehtiyatları var) və sehrli qaz oktaqon xatırlanır. Müəllif bildirirdi ki, o sadəcə pis fentezini və bir az da yaxşı fentezini təqlid etmək istəyirdi. Romanda bu janrın ən populyar nümayəndələri olan C.R.R.Tolkin, Lavkraft, Enn Makkefri, Fritz Leyber kimi müəlliflərə allüziyalar var. Aqat imperiyasının təbəəsi olan İkiçiçək Yastı Dünyanın ən iri şəhəri olan Ank-Morporkla tanış olmaq üçün bura gəlir və Yastı Dünyanın ilk turistinə çevrilir. Öz inkişafında Aqat imperiyasından geri qalan şəhər sakinlərini o öz eynəkləri, danışıq kitabı və ikonoqrafı (fotoaparatın analoqu) ilə təəccübləndirir. İçi qızılla dolu olan ağıllı armuda ağacından hazırlanmış canlı Sandıq da İkiçiçəyi müşayiət edir.
Sehriq (Kəleybər)
Sehriq (fars. سهريق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (30 ailə).
Sehrli Anam (internet serialı, 2021)
Sehrli Anam — 2003–2012-ci illər arasında Türkiyə televiziyasında yayımlanan eyni adlı serialın yeni istehsalıdır. Bir veb serialı olaraq, 2021-ci ildə Exxen adlı rəqəmsal platformada yer alır. Yeni serialın ilk heyəti tamamilə dəyişdirildi və 30 seriyanın 3 mövsüm yayımlanması sifariş edildi. Açelya Topaloğlu — Betüş Əmrə Altuğ — Sadiq Nərgiz Qumbasar — Pərihan Lalə Başar — Dudu Hande Katipoğlu — Suzan Bülənt Seyran — Avni Tara MakMillen — Eda Oqedey Girişkən — Yavuz Əyləm Yıldız — Firuzə Çiçək Acar — Periliçe Egemən Uysal — Cem Cəmrə Dəmircan — Cərən Eylül Uqan — Çilək Nisa Sofiya Aksonqur — Tuğçə Aras Özdoyran — Yankı Nisa Bölükbaşı — Avokado Pərisi Venera Kemal Başar — (Köpək Taci Səsləndirmə) Serialın yenidən çəkiləcəyi elan edildikdən sonra İnci Türkay, Gizəm Güvən, Şahap Sayılqan, Cess Molho, Miçel Çedolini, Zeynəb Özqaya və Cennifer Boyner, ortaq bir açıqlama ilə "onlarla əlaqə yaradıldığı və fikirlərinin alındığı" xəbərini təkzib etdilər; "Sədaqət və etikanın itdiyini" tənqid etdilər.
Sehrli Ağac (1980)
Film uşaqlara hər şeyin zəhmətlə qazanıldığı fikrini aşılayır. Rejissor: Hafiz Əkbərov Ssenari müəllifi: Nəriman Süleymanov Operator: Ramiz Ağayev Quruluşçu rəssam: Olqa Boqolyubova Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Arifə Hatəmi, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Rauf Dadaşov, Vaqif Məmmədov, Vahid Talıbov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Sehrli alma (balet)
"Sehrli alma" — Oqtay Zülfüqarovun 2012-ci ildə "Məlikməmməd" xalq nağılı əsasında yazdığı ikipərdəli balet. Libretto müəllifindir.
Sehrli ağac (film, 1980)
Film uşaqlara hər şeyin zəhmətlə qazanıldığı fikrini aşılayır. Rejissor: Hafiz Əkbərov Ssenari müəllifi: Nəriman Süleymanov Operator: Ramiz Ağayev Quruluşçu rəssam: Olqa Boqolyubova Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Arifə Hatəmi, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Rauf Dadaşov, Vaqif Məmmədov, Vahid Talıbov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sehrli fleyta
Sehrli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Motsartın 1791-ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr 1791-ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehrbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehrli fleyta verib, şahzadə Taminonu yola salır. Şahzadə sehrbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir. Şahzadə Tamino dağlarda azıb qalır. Gecə kraliçasının quluqçuları olan üç qadın onu ilandan xilas edirlər. Tamino ayılanda quş tilovçusu Papagenonu görür.
Sehrli futbol
Sehrli futbol (isp. Metegol) — 2013-ci ildə 3D formatında çəkilmiş uzun-metrajlı Argentina animasiyasıdır. Underdogs — Internet Movie Database saytında.
Sehrli güzgü (veriliş, 1990)
"Sehrli güzgü" — 1990-cı ildən 2015-ci ilə qədər Azərbaycanın AzTV kanalında yayımlanan uşaq verilişi. Verilişin aparacıları müxtəlif illərdə Bəxtiyar Məmmədov və Tofiq İsgəndərli olublar. Verilişdə daim "Savalan baba" kimi tanınan aktyor Sadıq Hüseynov da iştirak edib.
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Sehrli ləçək (film, 1983)
Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir. Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rəssam: Tahir Piriyev Operator: Ramiz Ağayev Bəstəkar: Azər Dadaşov Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sehrli naxışlar (film, 1984)
Film haqq-ədalətin gec də olsa öz yerini tapması haqqındadır. Applikasiya filmidir. Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: Vidadi Paşayev Quruluşçu rəssam: Rasim Babayev Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Vaqif Məmmədov, Arifə Hatəmi Fon rəssamı: Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Sehrli susüpürən
Sehrli xalat (film, 1964)
"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi. Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır. Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir. Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib. Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir. Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir. 2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur. Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir. Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov Bəstəkar: Arif Məlikov Səs operatoru: Paşa İbrahimov Dirijor: Niyazi Geyim rəssamı: Qəzənfər Xalıqov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Tahirə Babayeva Redaktor: Ədhəm Qulubəyov Operator: Əlihüseyn Hüseynov Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov Operator assistenti: İ. Qafarov, Ramiz Babayev Dekor rəssamı: T. Abdullazadə Filmin direktoru: V. Dudiyev, S. Kolpakov Azər Qurbanov — Rəşid Solmaz Hətəmova — Zərifə Kolya Loginov — Petya Yusif Şeyxov — Eldar Əliağa Ağayev — Xan Anatoli Falkoviç — İo Kio Möhsün Sənani — Möhsün Ağayev Ağahüseyn Cavadov — baş vəzir İsmayıl Osmanlı — vəkil Hüseynağa Sadıqov — vəzir Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı Əfrasiyab Məmmədov — sərdar Ələkbər Hüseynzadə — qoca Mollağa Bəbirli — xəzinədar Bahadur Əliyev — yaraqlı Lütfi Məmmədbəyli — Eynulla müəllim Tələt Rəhmanov — milis işçisi A. Şükürov — məktəbli K. Nemətova — məktəbli Nazim Mustafayev — Arif T. Rəsulov — məktəbli Ə. Əhmədova — məktəbli Məmmədsadıq Nuriyev — tacir Əli Xəlilov — tacir Arif Mədətov — sirk artisti Almaz Mustafayeva — Səidə Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur) Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur) Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur) Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur) Ə.Azad.
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Sehrli Çıraq (1987)
Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.

Значение слова в других словарях