SEL ÇÖKÜNTÜLƏRİ

sellərin gətirdiyi və çökdürdüyü gilli, qumlu və kobud qırıntılı materiallardan ibarət çeşidlənməmiş çöküntülər. селевые отложения mud-flow deposits
SEL
SELLİK
OBASTAN VİKİ
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Buzlaq çöküntüləri
Dəniz çöküntüləri
Dəniz çöküntüləri - dəniz hövzələrinin dib çöküntüləri Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen (qurudan gətirilən), biogen (dəniz orqanizmləri vasitəsilə yaradılan), vulkanogen (sualtı və yerüstü vulkan tullantılarından yaranan), xemogen (kimyəvi və ya biokimyəvi yolla dəniz suyundan çökmüş) olur. Bu və ya digər kompanentin üstünlük təşkil etməsinə görə dəniz çöküntüləri terrigen, biogen, vulkanogen və hemogen tiplərə bölünür. Terrigen çöküntülər (qırıntılı, gilli) daha geniş yayılmışdır ki, onların da qranulometrik tərkibi dəniz suyunun müxtəlif tipli hərəkətlərinin (dalğa, axın) təsiri altında və dibin relyefindən asılı olaraq formalaşır. Mötədil iqlimli humid zonanın dərin dənizlərində diatom çöküntüləri yaranır, tropik zona dənizlərində isə biogen karbonattoplanma prosesi gedir (mərcan, qabıq, foraminifer və b.). Xemogen (karbonat, halogen) tipli dəniz çöküntüləri əsasən arid zonanın qitədaxili dənizlərində əmələ gəlir. Dəniz çöküntüləri adətən bu və ya digər dəniz fauna və flora qalıqları saxlayır. Dayaz şelf çöküntülərində bu qalıqlar daha çox olur, dərinlik çöküntülərində isə çox az və ya heç olmur. Dəniz çöküntülərinin təsnifatı müasir dəniz hövzələri çöküntülərinin qrup, tip və yarım tipə bölünmə sistemi. Dəniz çöküntülərinin təsnifatı ilk dəfə Merrey və Renar (1891) təklif etmişlər.
Göl çöküntüləri
Göl çöküntüləri — qırıntı (çınqıl, qum, gil), kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
La-Sel (Alye)
La-Sel (fr. La Celle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03047. 2008-ci ildə əhalinin sayı 413 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş arasında) 197 nəfər iqtisadi fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 63.6%). Aktiv olan 197 nəfərdən 174 nəfəri (101 kişi və 73 qadın), 23 nəfəri işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 33 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İranda sel (2019)
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.