SERÜVEN
SERVİ
OBASTAN VİKİ
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Servet Çetin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.