Dö-Sevr
Dö-Sevr (fr. Deux-Sèvres, hərfən — «iki Sevra») — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 79. İnzibati mərkəzi — Niort. Əhalisi — 380.569 nəfərdir (departamentlər arasında 65-ci yer, 2010-cu ilin məlumatları).
== Coğrafiyası ==
Ərazisi — 5999 km². Departamentin ərazisində Sevr-Nantez və Sevr-Nyortez çayları axır.
Departamentə 3 rayon, 33 kanton və 307 kommuna daxildir.
== Tarixi ==
Dö-Sevr — 1790-ci ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan departamentlərdən biridir. Keçmiş Puatu əyalətinin ərazisində yerləşir.