siam əkizləri 2021

siam əkizləri
siam
siamlar 2021
OBASTAN VİKİ
Siam körfəzi
Siam körfəzi (bəzən: Tailand körfəzi; tay อ่าวไทย) Sakit okean və Cənubi Çin dənizinin bir hissəsidi. Qərb və şimalda Taylandın, cənub-qərbdə Malayziyanın, şərqdə Kamboca və Vyetnamın sahillərini yuyur. Balığçılıq və turizm əhəmiyyətli yerlərdən hesab edilir, həmçinin burada qaz və neft yatağları mövcuddur. Burada yerləşən Pxanqan adasında hər ay dünyanın hər yanından özünə minlərcə turistləri cəlb edən “Full Moon Party” (Bədir Partisi) adlı əyləncə gecəsi keçirilir Körfəz Hind-Çin yarımadasının şərqini Malakka yarımadasından ayırır. Sahil xətti şərqdən Vyetnamda yerləşən Kamau burnundan başlayır və cənub-qərbdə Malayziya şəhəri Kota-Baruda qurtarır. Cənub-şərq tərəfdən Siam körfəzi Cənubi-Çin dənizinə keçir, onun ümumi sahəsi isə təxminən 600×500 km (320 000 km² yaxın) təşkil edir. Siam körfəzinin ən şimal nöqtəsində Banqkok buxtası yaranıb, hansına ki Çaupxraya çayı tökülür. Əhəmiyyətli çaylardan biri də mənsəbi Surat Thani şəhərində yerləşən Tapi çayıdı. Çaupxraya çayının sedimentasiyasının (çökmə) davam etməsi mərkəzi Tailand sahilin daha da çox cənuba doğru irələməsinin səbəbidi. Suyun dərinliyi sahildən 10 metrdən 20 metrə qədər olan məsafədə cəmi 11 metr təşkil edir.
Siam timsahı
Siyam timsahı (lat. Crocodylus siamensis) — əsl timsahlar sinfinin bir nümayəndəsi, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində yaşayır. Əksər yetkinlərin uzunluğu 3 m-dən, maksimum 4 m-dən çox deyil. Daraqlı timsahlarla hibridlər daha böyük olur. Gənc siyam timsahları açıq rəngli daraqlı timsahlara bənzəyir. Böyüklər daha geniş bir sifətə və boynundakı pulcuqların bir az fərqli bir düzülüşünə sahibdirlər. Kamboca, İndoneziya, Malayziya, Laos, Myanma, Vyetnam, Tayland və Kalimantan adasında yaşayır. Bataqlıqlarda, yavaş axan çaylarda və göllərin sahillərində yaşamağı üstün tuturlar. Qidasının əsası balıq, eyni zamanda suda quruda yaşayanlar, sürünənlər və kiçik məməlilər təşkil edir. Yetkinlinliyə 10 yaşında çatır.