Mariya Sibilla Merian
Mariya Sibilla Merian (alm. Maria Sybilla Merian; 2 aprel 1647, Frankfurt-Mayn, Almaniya — 13 yanvar 1717, Amsterdam, Niderland) — alman rəssamı.
== Həyatı ==
Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya - zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub.
3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur.
Mariyanın təbiətə olan böyük marağı ilə rəsm çəkməyə olan həvəsinin birləşməsi daha 13 yaşındaykən müxtəlif növ bitki və böcək təsvirləri yaratmasına səbəb olur.
1665-ci ildə Mariya ögey atası Marrelin şagirdi Cohann Andreas Qraff ilə ailə qurur. Ondan iki qız övladı olur. 1667-ci ildə Mariya ailəsi ilə birlikdə Nürnberq şəhərinə gedir. Orada ilk peşəkar uğurlarını əldə edir.