SİBOR

Singapore İnterbank Offered Rate (SIBOR) Sinqapur banklararası depozit bazarında təklifin faiz dərəcəsi.
“Sınmış” ilkin yerləşdirmə
Sifariş (tapşırıq)
OBASTAN VİKİ
Qlenn Teodor Siborq
Qlenn Teodor Siborq (19 aprel 1912[…], İşpeminq[d], Miçiqan – 25 fevral 1999[…]) — Amerikalı kimyaçı,Nobel mükafatı laureatı. Qlenn Teodor Siborq 1912-ci ildə aprelin 19-da Miçiqan ştatında İşpeminq şəhərində anadan olmuşdur. 1934-cü ildə Los-Ancelesdə Kaliforniya universitetini bitirmişdir. 1934–1942, 1946–1961-ci illərdə və 1971-ci ildən Berklidə Kaliforniya universitetində işləmiş, 1958–1961-ci illərdə universitetin prezidenti olmuş, 1942–1946-cı illərdə Çikaqo metallurgiya laboratoriyasında, 1961–1971-ci illərdə ABŞ-nin atom enerjisi üzrə komisiyasının sədri olmuşdur. 1959–1961-ci illərdə elmi məsləhət komitəsinin prezidenti olmuşdur. 1966-cı ildən elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti olmuşdur. 1959–1974-cü illərdə ABŞ-də kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur. Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 1940-cı ildə E.M. Makmillan, C. Kennedi və Val ilə birlikdə 94 nömrəli elementin izotopu olan plutonium −238-i, 1941-ci ildə C. Kennedi, A. Val və E. Seqre ilə birlikdə plutonium −239-u sintez etmişdir. Göstərmişdir ki, plutonium −239 səmərəli nüvə yanacağıdır.
Siborgium
Siborgium (Sg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 106-cı element. Element SSRİ-də, 1974-cü ildə, Q.N.Flerov və əməkdaşları və praktiki olaraq eyni zamanda ABŞ-də Siborq əməkdaşları tərəfindən alınmışdır. 1997-ci ildə İUPAK bu element üçün siborgium adını təsdiq etdi. Siborq plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendeleeviumun kəşfində iştirak etmişdir; siborgium kəşf olunanda onun 85 yaşı var idi. Siborq 1999-cu ilin fevralın 25-də vəfat etmişdir.

Значение слова в других словарях