SİDRƏTÜL-MÜNTƏHA
göyün yeddinci qatında, cənnətin son mərtəbəsində yerləşən Allahın zatı aləmidir. Onun varlığı haqqında Quranda ayə vardır (53: 13-14).
Onun nə olduğunu insan şüuru dərk edə bilməz. Oraya heç kim, hətta mələklər olsa belə, girə bilməzlər. Merac hadisəsində Məhəmməd peyğəmbərə sidrətül-müntəhaya qədər Cəbrayıl ilə birlikdə yaxınlaşmağa icazə verilmişdir. Müsəlmanların qıldıqları gündə beş vaxt namazın vacib olması əmri də burada verilmişdir.