SİFİLİS

сущ. мед. сифилис (заразная венерическая болезнь, передающаяся преимущественно половым путём). İlkin sifilis первичный сифилис
SİFİLİDOLOQ
SİFİLİSLİ
OBASTAN VİKİ
Sifilis
Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə — "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483–1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
Taskiqidə sifilisin tədqiqatı
Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932-1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi. 1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur.

Значение слова в других словарях