siklopropan

siklopropan
siklopik
siklosilikat
OBASTAN VİKİ
Siklopropan
Siklopropan (trimetilen) — kimyəvi formulu C3H6, tsikloalkanlar sırasına aiddir. == Fiziki xassələri == Rəngsiz −32,9oS-də qaynayan qazdır. Özünəməxsus petroleyin efiri iyli qazdır. Permanqanatla adi temperaturda oksidləşmir, bununla da siklopropan propilendən fərqlənir. == Tibbdə == Siklopropan, narkotik təsiri olduğu üçün cərrahiyyə əməliyyatında işlədilir. Siklopropan, qüvvətli anesteziyaedici qaz olub, hətta çox az miqdarı belə öz təsirini göstərir. Başqa narkotik maddələrdən fərqli olaraq onun təsirindən insan huşunu itirmir. == Törəmələri == Siklopropan və onun törəmələri təbiətdə tapılmamışdır. Siklopropen — 36oS-də mayeləşən iyli qazdır, asan polimerləşir, bromla birləşdikdə yanır. Siklopropen, tərkibində ikiqat rabitə olan polimetilen karbohidrogenlərdəndir.