SİONİZM

I
сущ. сионизм (движение, провозгласившее своей целью возрождение еврейского национального самосознания)
II
прил. сионистский
SİONİST
SİPƏHDAR
OBASTAN VİKİ
Sionizm
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. == Sionizm ideologiyası == Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Yaşıl sionizm
Yaşıl sionizm — Sionizmin ilk növbədə İsrailin ətraf mühit problemləri ilə maraqlanan növü. Yaşıl sionizm İsrailə məxsus ətraf mühit problemləri ilə İsrailin yəhudi dövləti olaraq mövcud olmasını dəstəkləyir. Termin Dünya Sionist Konqresində, Dünya Sionist Təşkilatında və onun tərkibində olan təşkilatlarda iştirak etmiş ilk ekoloji qurum olan Aytsim partiyası üçün ticarət nişanıdır.
Sionizmin növləri
Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır. == Siyasi sionizm == Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir. == Tətbiqi sionizm == İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir. == Sintetik sionizm == Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir. == Sosialist sionizm == Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır.

Значение слова в других словарях