SİRK, KAR

dağların zirvə hissəsində, dik qayalı yamaclı və maili dibli kasaya bənzər təbii çökəklik. Nival iqlim şəraitində kiçik buzlaqların, qar örtüyünün və şaxta aşınmasının təsiri altında əmələ gəlir. цирк car, cirgue, corrie
SİPƏRVARİ VULKAN
SİSTEMLİ TƏHLİL
OBASTAN VİKİ
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kar pilləsi
Kar pilləsi (rus. каровая лестница, ing. cirque steps) — buzlaq sirkləri sırası olub, biri digərinin üzərində bir neçə mərtəbədə yerləşir. Hər bir sirk dağlıq ölkənin müəyyən buzlaşma mərhələsinə uyğun gəlir və bu mərhələyə məxsus iqlim qar xəttinin yüksəkliyi ilə səciyyələnir. Sirkin yaşından və inkişaf mərhələsindən asılı olaraq adətən morfoloji cəhətdən fərqlənirlər.
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Tit Lukretsi Kar
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Ryullak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rüllak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Sirk (film, 1928)
Sirk (ing. The Circus) — rejissor Çarli Çaplinin filmi. Film Çarlinin qastrolda olan sirkdəki macəraları haqqında qəmli komediyadır. "Sirk" onun ən məşhur və uğurlu filmlərindəndir. Burada komik və lirik elementlər uyğunlaşdırılıb. Çarli Çaplinin satirik istedadı insanlara nələrin mane olduğunu görüntü ifadə vasitəsilə aşkar göstərir. Filmdə Çaplini meymunların dişləməsi səhnəsi bədbəxt hadisə idi. Qəfəs təsadüfən açılmış və qəzəblənmiş heyvanlar aktyora hücum etmişdilər. Əvvəl Çarli şokda idi. Bunu filmdə görmək mümkündür.
Teatr-sirk Maşonkin
Teatr-sirk Maşonkin — Rostov-na-Donu şəhəri ərazisində mövcud olmuş teatr. Teatr 1906-ci ildə təşkil edilmişdir. XIX əsrdə Rostov-na-Donunun mərkəzində Moşkin tacirlərinə məxsus geniş torpaq sahəsi mövcud idi. Maşonkin teatrı Taqanroq prospektində (hazır ki Budyonnov prospektində), Sennoy (hazır ki Maksim Qorki küçəsi) küçəsi və Poçtovı döngəsi (hazır ki Ostrovski döngəsi) arasında qəralaşırdı. 1890-cu illərdə onun yerində sirk-teatr Buff və kafe-şantan "Buff" yerləşirdi. Taxta bina olduqca təhlükəli idi. Hər an yanma təhlükəsi vardı. İcarəçi М. N. Zlobin binada "buxar sobası və elektirk xətləri" quraşdırmışdı. XX əsrin əvvələrində taxta bina tamamən sökülür. Onun yerində 12 oktyabr 1906-cı ildə Maşonkin teatrı ilk açılışını etmişdir.
Lukretsi (Tit Lukretsi Kar)
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. Poa fawcettiae Vickery, 1970 L. Gillbank.
Sirk mənim həyatımdır (film, 1978)
Filmdə Azərbaycan milli sirk ənənələrini müvəffəqiyyətlə davam etdirən respublikanın xalq artisti Xosrov Abdullayevdən, onun maraqlı yaradıcılıq yolundan, yaratdığı yeni illüzion revyusundan, sirk truppasının SSRİ-də, habelə müxtəlif xarici ölkələrdəki çıxışlarından, tanınmış jonqlyorun bənzərsiz proqramından söhbət açılır. Filmdə həmçinin Azərbaycan milli sirk kollektivinin təşəkkül tapması haqqında danışan kino və foto arxiv sənədlərindən də istifadə edilmişdir.