sital-mərmər 2021

sital-mərmər
sital
sitallaşdırma
OBASTAN VİKİ
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Mərmər taxtabiti
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Mərmər xul
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür.
Mərmər mağara (Kosovo)
Mərmər mağara (serb. Мермерна пећина/Mermerna pećina, alb. Shpella e Mermerit) — Kosovonun Liplyan bələdiyyəsinin Domlye Qadimlye kəndində yerləşən karst mağarası. Mağaranın böyük hissəsi hələ də tədqiq edilməyib. Mağara 1966-cı ildə kəndli Ahmet Diti tərəfindən daş kəsərkən kəşf olunmuşdur. Serbiya mağaralarının siyahısı 501 Must-visit Natural Wonders. Bounty Books. 2007. ISBN 978-0-7537-1591-8. "Mermerna pećina".
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Zaqafqaziya mərmər böcəyi
Zaqafqaziya mərmər böcəyi (lat. Polyphylla fullo) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. Zaqafqaziya mərmər böcəyi 28–38 mm uzunluqda olub, qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəciyinin əsasında isə qara haşiyə vardır. Bığcıqları lövhə şəkilindədir. İyunun sonundan başlayaraq böcəklər kütləvi uçuşa başlayırlar. Böcəklər ancaq gecələr fəal olur. Az müddət sonra böcəklər cütləşməyə başlayırlar. Bir dişi böcək həyatı ərzində 15-40-a kimi yumurta qoyur. 20-25 gün keçdikdən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Birinci qabıqdəyişməyə qədər sürfələr humus, müxtəlif bitki qalıqlarının çürüntüləri və s.
Əmirvar mərmər yatağı
Qəhvəyi mərmər bağacığı
Qəhvəyi mərmər bağacığı — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Qəhvəyi mərmər bağacığının bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Mərmər saray (Sankt-Peterburq)
Mərmər saray (rus. Мраморный дворец) – Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən saray. 1992-ci ildən Rus Dövlət muzeyinin filialıdır. Saray Peterburqun 1-ci Admirallıq adasında, dörd tərəfdən Saray sahil küçəsi, Suvorov meydanı, Milyonnaya küçəsi və Mərmər xiyabanı ilə məhdudlanan məhəllədə yerləşir. Həmin bu məhəllənin şərq hissəsini Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu tutur; onların arasında 1997-ci ildə Paolo Trubetskoy tərəfindən imperator III Aleksandrın abidəsi yenidən quraşdırılmışdı (abidə Znamenskaya meydanında Sovet dövründə sökülməsindən sonra bir müddət muzeydə saxlanılırdı). ŞQDTU-nun arxasında, yəni məhəllənin şərqində heykəltaraş M.İ. Kozlovski tərəfindən yaradılmış A.V. Suvorovun heykəli yerləşir (heykəl eyniadlı meydanın mərkəzində quraşdırılmışdır); həmin ərazidə həmçinin Troitski körpüsü də var. Mərmər sarayından cənubda Pavlovski Leyb-Alayının kazarmaları, qərb fasadının qarşısında isə Şimal-Qərb Gəmiçilik reyestrinin binası və İncəsənət və Mədəniyyət Universiteti yerləşir. Mərmər sarayı Peterburqda fasadı təbii daşla üzlənmiş ilk bina hesab olunur. Memar A.Rinaldi tikinti işlərində mərmərin müxtəlif növlərindən istifadə edirdi; burada xüsusilə çəhrayı-qırmızı tivdiya daşı nəzərəçarpan təsir yaradırdı, lakin zamanla o öz parlaq rəngini itirərək solmuşdur. Əsas girişin attiki F.İ. Şubinin heykəltaraşlıq əsərləri ilə bəzədilib.