Mərmər saray (Sankt-Peterburq)

Mərmər saray (rus. Мраморный дворец) – Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən saray. 1992-ci ildən Rus Dövlət muzeyinin filialıdır.

Mərmər saray
Мраморный дворец
Xəritə
59°56′42″ şm. e. 30°19′36″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Millionnaya küç., 5/1
Aidiyyatı Rus Muzeyinin filialı
Layihə müəllifi Antonio Rinaldi
Pyotr Yeqorov
Memar Antonio Rinaldi
Sifarişçi Qriqori Qriqoryeviç Orlov
Tikilmə tarixi 1768-1785
Üslubu Klassisizm
İstinad nöm.7810578000
Mühafizə dərəcəsiFederal
Qış sarayı (Sankt-Peterburq)
Qış sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saray Peterburqun 1-ci Admirallıq adasında, dörd tərəfdən Saray sahil küçəsi, Suvorov meydanı, Milyonnaya küçəsiMərmər xiyabanı ilə məhdudlanan məhəllədə yerləşir. Həmin bu məhəllənin şərq hissəsini Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu tutur; onların arasında 1997-ci ildə Paolo Trubetskoy tərəfindən imperator III Aleksandrın abidəsi yenidən quraşdırılmışdı (abidə Znamenskaya meydanında Sovet dövründə sökülməsindən sonra bir müddət muzeydə saxlanılırdı). ŞQDTU-nun arxasında, yəni məhəllənin şərqində heykəltaraş M.İ. Kozlovski tərəfindən yaradılmış A.V. Suvorovun heykəli yerləşir (heykəl eyniadlı meydanın mərkəzində quraşdırılmışdır); həmin ərazidə həmçinin Troitski körpüsü də var. Mərmər sarayından cənubda Pavlovski Leyb-Alayının kazarmaları, qərb fasadının qarşısında isə Şimal-Qərb Gəmiçilik reyestrinin binası və İncəsənət və Mədəniyyət Universiteti yerləşir.

Sarayın təsviri

[redaktə | mənbəni redaktə et]
Sarayın şərq fasadı önündə imperator III Aleksandrın atlı heykəli

Mərmər sarayı Peterburqda fasadı təbii daşla üzlənmiş ilk bina hesab olunur. Memar A.Rinaldi tikinti işlərində mərmərin müxtəlif növlərindən istifadə edirdi; burada xüsusilə çəhrayı-qırmızı tivdiya daşı nəzərəçarpan təsir yaradırdı, lakin zamanla o öz parlaq rəngini itirərək solmuşdur. Əsas girişin attiki F.İ. Şubinin heykəltaraşlıq əsərləri ilə bəzədilib. Əsas giriş cənubdan və Neva tərəfdən mərmər vaza ilə qranit sütunlar üzərində quraşdırılmış döymə dəmir məhəccərlə məhdudlanmışdır. Məhəccər sarayı 1780—1787-ci illər arasında P.Y. Yeqorov tərəfindən inşa olunmuş xidməti fligel ilə birləşdirir. Fligel 1844—1847-ci illərdə memar A.P. Brüllov tərəfindən yenidən qurulmuşdur. Həyət tərəfdən xidməti fligel P.K. Klodttun "Atların insana xidməti" adlı relyef friz ilə bəzədilib. Hal-hazırda həmin xidməti fligel binasında Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu yerləşir (Millionnaya küçəsi, ev №5).

Mərmər sarayın daxili bəzək işlərində də istifadə olunurdu[1]. Sarayın ən gözəl interyerlərindən biri - divarları Ural, Karel, Yunan və İtalyan mərməri, həmçinin Pribaltika lazurit daşı ilə bəzədilmiş Mərmər zalı hesab olunur (zal 2010-cu ilin may ayında bütün bərpa işlərinin tamamlanmasından sonra açılmışdı[2]).

Boz-gümüş çalarları olan Mərmər sarayın təntənəli pilləkəni Antonio Rinaldi tərəfindən tərtib edilmişdir. Pilləkənin heykəltaraşlıq bəzək işləmələri Fedot Şubin tərəfindən həyata keçirilmişdir; taxçalarda "Gecə", "Səhər", "Gün", "Axşam", "Payız və Yaz bərabərlikləri" mövzusunda mərmər heykəlciklər yerləşdirilmişdir[3]. Heykəltəraş ağ yunan mərmərindən Əsas pilləkən üçün barelyeflər, qənimət səhnələri, dimdiyində festonlar olan qartal heykəllərini oymuşdur. O həmçinin özünün portretini barelyef şəklində sarayın təntənəli vestibül divarına quraşdırmışdır.

Sarayın interyer tərtibatında rəssam Stefano Torelli ("Kupidon və Psixeyanın toy mərasimi" plafonu, 1775-ci ildə Mərmər zal üçün hazırlanmışdır), heykəltaraşlar Mixail Kozlovski və Födot Şubin (Mərmər və Orlov zalları üçün barelyef və heykəltaraşlıq portretləri), yapma ustalar İ.Foxt və A.Barnaskoni, miniatürçü-rəssam F.Danilov, dülgər A.Meyer kimi ustalar iştirak edirdi. 1803—1811-ci illərdə sarayın interyerləri memar Andrey Voronixinin rəhbərliyi altında yenidənqurma işlərinə məruz qalmışdır.

T.Malton. Millionnaya küçəsinin ümumi görünüşü. 1790-cı ilin qravür rəsmi. Solda, Mərmər sarayının qarşısında memar Yuri Felten tərəfindən 1779-cu ildə inşa olunmuş Lombard və Tərbiyə evi görünür.

I Pyotrun dövründə Mərmər sarayınını yerləşdiyi müasir ərazidə 1714-cü ildə inşa edilmiş Poçt həyəti və gəmilərin yan alması üçün körpü yerləşirdi[4]. 24 mart 1716-cı ildə məhz bu Poçt həyətinə İtaliyada ata və oğul Rastrellilər gəlib çıxmışdılar[5]. 1714-cü ildə bu yerin yaxınlığında Heyvanlar həyəti (indiki zooparkların bir analoqu) yerləşirdi. Həmin bu həyətə Rusiya çarına Səfəvi şahı Sultan Hüseyn tərəfindən hədiyyə edilmiş Peterburqun ilk fili yerləşdirilmişdir[5]. 23 may 1717-ci ildə filin ölümündən sonra[6], onun bədənindən müqəvva edilərək Kunstkamerada nümayişə qoyulmuşdur[7]; keçmiş "fil anbarında" isə Qottorp qlobusu yerləşdirilmişdir. Qlobus anbarda 1726-cı ilə kimi saxlanılırdı və daha sonra digər başqa eksponatlar kimi Kunstkameraya köçürülmüşdür[5].

1737-ci ildə baş vermiş güclü yanğın Poçt həyətini və onun qarşısında yerləşən fil binasını məhv etmişdir. Yanmış yer daha sonra təmizlənmiş və həmin ərazi "Yuxarı sahil meydanı" adlandırılmışdır. Marsov sahəsinin davamına çevrilmiş meydança kifayət qədər uzun müddət boş qalmışdır və yalnız II Yekaterinanın 1768-ci ildə imzaladığı sərəncamına əsasən həmin ərazidə favoriti Qriqori Orlov üçün hədiyyə kimi nəzərdə tutulmuş sarayın tikintisinə başlanılmışdır[5].

Saray memar Antonio Rinaldi tərəfindən 1768-85 illərdə inşa edilmişdir. Qriqori Orlov 1783-cü ildə öldü və tikinti işlərinin tamamlanmasını görə bilmədi. Həmin ildə II Yekaterina qraf varislərindən şəhər xəzinədarlığının xeyrinə binanı satın almış və 1796-ci ildə nəvəsi Böyük knyaz Konstantin Pavloviçin nikahı münasibətilə ona hədiyyə etmişdir[8]. 1797-98-ci ildə Mərmər sarayda Polşanın sonuncu kralı və II Yekaterinanın başqa bir favoriti sayılan Stanislav Poniatovski yaşamış və 1798-ci ildə burada da qəflətən ölmüşdür.

XIX-XX əsrlərdə saray Romanovlar sülaləsinin Konstantinoviçlər qolundan olan şahzadələrin ata-baba mülkü idi. 1831-ci ildə Konstantin Pavloviçin ölümündən sonra, İmperator I Nikolay Mərmər sarayı onun ikinci oğlu, Admiral və kəndli islahatının təşkilatçılarından biri sayılan Konstantin Nikolayeviçə verdi. Artıq yararsız və qəzalı vəziyyətdə olan bina memar Brüllov şəxsi layihəsinə əsasən restavrasiya etmiş və 1840-cı ildə tamamlamışdır.

1888-ci ildə sarayın sahibkarı Konstantin Nikolayeviçin oğlu, Elmlər Akademiyasının prezidenti və şair Böyük knyaz Konstantin Konstantinoviç (KR) oldu. Ondan sonra Mərmər sarayın sahibi Konstantin Konstantinoviçin oğlu, imperator qanından olduğu üçün 1918-ci ildə Alapayevsk şəhərində bolşeviklər tərəfindən çuxura atılmış knyaz İoann Konstantinoviç idi. İoannın qardaşı Qavriil Konstantinoviç sürgündə olarkən "Mərmər sarayı" başlığı altında öz xatirələrini yazmışdır.

1919-36-cı illərdə saray binasında Rusiya Akademiyasının Maddi Mədəniyyət Tarixi korpusu, onun ləğvindən sonra isə - Mərkəzi Lenin Muzeyinin filialı yerləşirdi. Ekspozisiyanın yerləşdirilməsi üçün sarayın interyeri memar N.Y. Lansere və D.A. Vasilyev tərəfindən yenidən tikilmişdir, bu da ikinci mərtəbədə yerləşən zallarının memarlıq-dekorasiya elementlərinin itirməsinə gətirib çıxarmışdır.

1950-ci ildən 1980-ci ilin sonuna qədər sarayın qarşısındakı postamentin üzərində "Ostin Putilovets" zirehli avtomobil dayanırdı (fasilə ilə 1970-ci ildən avtomobil sarayın vestibülündə quraşdırılmışdı). O 3 (16) aprel 1917-ci ildə Leninin Petroqrada oxşar zirehli avtomobil ilə gəldikdən sonra verdiyi çıxışın xatirəsinə dair yaradılmışdı[9]. Daha sonra zirehli avtomobil Artilleriya Muzeyinə təhvil verilmiş[10], boşalan postamentə isə 1997-ci ildə Paolo Trubetskoy tərəfindən hazırlanmış III Aleksandrın abidəsi quraşdırılmışdı[11].

1992-ci ildə Mərmər Sarayı Rus muzeyinə təhvil verilmişdi[12]. Mərmər sarayın zallarında "Rusiyada XVIII-XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş xarici rəssamlar" adında müntəzəm olaraq müasir rus və xarici ustalarının müvəqqəti sərgiləri keçirilir. Hal-hazırda sarayın özü də müxtəlif konqreslər üçün istifadə olunur.

Qonşu obyektlər

[redaktə | mənbəni redaktə et]
  • Павлова С. В., Матвеев Б. М. Мраморный дворец. — Санкт-Петербург, 1996.
  • Романов Г. М. В мраморном дворце. — Вече, 2007.
  • Ухналев А. Е. Мраморный дворец в Санкт-Петербурге. — Санкт-Петербург, 2002.
  1. "Мраморный дворец // Прогулки по Петербургу". 2009-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  2. "http://saint-petersburg.ru". 2010-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
  3. "Архитектурный облик и интерьеры Мраморного дворца//Русский музей". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
  4. Малиновский К. В. Санкт-Петербург XVIII века. стр. 36. — СПб : Крига, 2008. — 576 с.
  5. 1 2 3 4 "Юпухрейрспмши Юмяюлакэ Ярпнемхи Яебепмни Цпюмхжш Люпянбю Онкъ.. Ревер Пейю Лнийю... Нр Тнмрюмйх Дн Мебяйнцн Опняоейрю". 2014-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  6. Под этим числом в дневнике у Александра Даниловича Меньшикова записано «Умре слон». («Поденные записки» А. Д. Меньшикова, 1717 год)
  7. Деловой Петербург, Корр:Ростислав Николаев. "Петербург скучает по слонам" (rus). ISSN 1606-1829 (Online). 14:52 28 мая 2008 года. 2016-03-04 tarixində arxivləşdirilib.
  8. "http://www.rusmuseum.ru". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  9. "Музей Ленина (Энциклопедия Санкт-Петербурга)". 2014-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  10. "Броневик Ленина хотели купить американцы // Смена, 16.03.2003". 2014-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  11. "Мраморный дворец (Энциклопедия Санкт-Петербурга)". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  12. "Мраморный дворец - история и фотографии". 2009-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]