sitoliz
sitoloji
OBASTAN VİKİ
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos — hüceyrə, loqos - elm) — hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-ci ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Bitki sitologiyası
Bitki sitologiyası (yun. sitos – anbar, qab, yun. loqos – elm, təlim) – bitkilərin hüceyrəvi quruluşunu öyrənir. Sitologiya – hüceyrə haqqında elmdir. == Tarixi == Hüceyrənin tədqiqi Yanson qardaşlarının 1590-cı ildə işıq mikroskopunu ixtira etməsindən sonra mümkün olmuşdur. Bəzi məlumatlara görə, ilk mikroskopu Q. Qaliley ixtira etmişdir. Bitkilərdə hüceyrəvi quruluşu ilk dəfə ingilis Robert Huk (1665) mikroskopda nazik kəsilmiş mantara baxarkən müşahidə və təsvir etmişdir. == Ümumi məlumat == Əksər örtülütoxumlu bitkilərin hüceyrələrinin ölçüləri 10–100mkm olur. bəzi lifli hüceyrələr nəhəng ölçülərə malikdir (pambıq 5 sm, rami (lifli bitki) 55sm uzunluqda olur, diametri isə 50–100mkm olur.) formasına görə bitki hüceyrələri müxtəlifdir (parenxim və prozenxim hüceyrələr). bitki hüceyrəsi sellülozdan təşkil olunmuş hüceyrə divarı ilə əhatə olunur.

Значение слова в других словарях