sitogenetika
sitokimya
OBASTAN VİKİ
Sitoxromlar
Sitoxromlar — tərkibində dəmir olan zülallar aerob bakteriyalarda elektron daşınmasında iştirak edir. Bütün sitoxromların tərkibində dəmir porfirin saxlayan prostatik qruplar olur. Bu baxımdan onlar hemoqlobin və mioqlobini xatırladır. Katalitik proseslərdə sitoxromun Fe2±i valentini dəyişir. "Sitoxrom" sözü latınca "sito" hüceyrə, "xromo" boya deməkdir. İlk dəfə K.Mak-Mun sitoxromu 1866-cı ildə müəyyən etmişdir. Lakin onun bioloji oksidləşmədəki əhəmiyyəti 1925-ci ildə D.Keylin tərəfindən öyrənilmişdir. D. Keylin spektroskopiya üsulu ilə müəyyən etmişdir ki, sitoxromlar içərisində ən asan ekstaksiya olunan və əldə edilən sitoxrom c-dir. Qatı duz məhlulu ilə mitoxondridən c sitoxromunu ekstrasiya etmək olur. Hüceyrənin mitoxondrilərində (insan və heyvan) b, c, c1, a, a3 sitoxromları tapılmış və fərdi halda öyrənilmişdir.