Tərs siyahılı verilənlər bazası
Tərs siyahılı verilənlər bazası ( ing. inverted list database ~ ru. база данных инвертированного списка ~ tr. ters listeli veritabanı) – relyasiyalı verilənlər bazasından aşağıdakı fərqləri olan verilənlər bazası:
• Tərsinə çevrilmış siyahı cədvəlinin sətirləri (yazıları və ya kortejləri) hər hansı indeksləmə ardıcıllığından asılı olmayaraq müəyyən fiziki ardıcıllıqla yerləşir.
• Ümumi verilənlər bazasını, bazanın cədvəlləri üçün qurulmuş müəyyən məntiqi birləşdirmə meyarlarından istifadə etməklə nizamlamaq olar.
• Siyahının açarlarının sayı istənilən qədər ola bilər, həm də istər sadə, istərsə də mürəkkəb açarların əksinə olaraq, burada onlar istənilən sahə və ya sahələrin kombinasiyası ola bilər.
• Bütövlüyə və ya unikallığa heç bir məhdudiyyət yoxdur.
• Nə indekslər, nə də cədvəllər istifadəçiyə göstərilir.
Belə verilənlər bazasının idarə olunması sistemindəki bu fərqlərə görə verilənlərin uzlaşmasını, bütövlüyünü və təhlükəsizliyini təmin etmək çox çətindir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.