siyənəkkimi

siyənəkkimi
siyənək
siyənəkkimilər
OBASTAN VİKİ
Siyənəkkimilər
Siyənəkkimilər (lat. Clupeiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir.
Siyənəkkimilər fəsiləsi
Siyənəklər (lat. Clupeidae) — siyənəkkimilər dəstəsinə aid balıq növü. Dəniz, keçici və şirin su formaları olan sürü halında yaşayan balıqlardır. Bəzi növlərdə qarın üzgəcləri olmur. Bir çox növlərdə qarının orta xətti boyunca kil və itiləşmiş pulcuqlar uzanır. Arktikadan Subantarktidayadək yayılmışlar. Ən çox növ müxtəlifliyi tropik hövzələrdə qeydə alınır. Mülayim və soyuq hövzələrdə rəngarəngliyi az olsa da əvəzində sayı çoxdur. Mühüm vətəgə obyektidir. Bəzi su hövzələrində , o sarıdan Xəzərdə ehtiyatları azaldığına görə tutulması məhdudlaşdırılmışdır.