siyirmək
slavist
OBASTAN VİKİ
Skandinaviya
Skandinaviya (norv. və fin Skandinavia, dan. və isv. Skandinavien) — Avropanın şimalında mərkəzi Skandinaviya yarımadası olan tarixi-mədəni region. Bir qayda olaraq İsveç, Norveç və Danimarka Skandinaviya sayılır. Bunda başqa Skandinaviyaya çox vaxt İslandiyanı və Finlandiyanı, eləcə də Farer adalarını əlavə etməklə, bu termini Şimali Avropa anlayışı ilə yaxınlaşdırırlar.Şimal ölkələrinin bir hissəsi olanda, uzaq Norveç adaları Şpitsbergen və Yan Mayen Skandinaviyada deyil, Danimarka Krallığının tərkibindəki olan Qrenlandiyanın ərazisində yerləşir. Farer adaları bəzən bura daxil edilir. == Toponimiya == Skandinaviya adı əvvəlcə keçmiş Danimarka bölgəsinə aid idi. Skandinaviya adı erkən dilçi və mədəni Skandinavist hərəkatı tərəfindən 18-ci əsrin sonlarında təqdim edildi və bundan sonra istifadəyə verildi. Skandinaviya əhalisinin əksəriyyəti əvvəllər Skandinaviyanın cənub hissəsində məskunlaşmış və qədim norveç dili halına gələn və alman dilində danışan bir neçə Şimali Alman qəbiləsindəndir.
Skandinaviya mətbəxi
Skandinaviya mətbəxi — ənənəvi Skandinaviya mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Skandinaviyanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Skandinaviya mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Skandinaviya mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. == Haqqında == Norveqiya, Daniya və ya İsveç mətbəxlərini tanımaq çox çətindir – onlar sadəcə mövcud deyil. Lakin bütün Skandinaviya xalqları birləşdirən ümumi Skandinaviya mətbəxi mövcuddur. Skandinaviya mətbəxi Avropanın bu reqionun təbii şəraitinin tə’siri altında formalaşıb. Yay və payız mövsumlarında yığılan məhsul uzun və soyuq qış aylarını görməli idi – bu səbəbdən insanlar məhsulu konservləşdirməyə öyrəndi. Duza və ya turşuya qoyulmuş tərəvəzlər vitaminlərlə o qədər zəngin deyil.
Skandinaviya yarımadası
Skandinaviya yarımadası — Avropa qitəsinin ən böyük yarımadası hesab edilir. Şimal-şərqdən cənub-qərbə doğru uzanmış bu yarımada 56° ilə 71° şimal enlikləri arasında yerləşir. Sahəsi təxminən 800 min km²-ə yaxındır. Şimalda Barents, qərbdə Norveç, cənubda Şimal dənizi, Skaqerrak və Katteqat boğazları, şərqdə isə Baltik dənizi və Botnik körfəzi ilə əhatə edilmişdir. Şimal-şərqdə Kola yarımadası ilə sərhədi ovalıq və təpəlik sahələrdən keçir. Botnik körfəzi geniş sahədə Skandinaviya yarımadasını Finlandiyanın ovalıq və düzənlik hissələrindən ayırır. Yarımadanın ərazisi tamamilə dağlarla əhatə edilmiş böyük bir massivi xatırladır. Cənubda Skagerrak və Oslo-fyord körfəzləri yarımadanı iki hissəyə: qərbdə Cənubi Norveç və şərqdə Skone yarımadalarına ayırır. Hər iki yarımadanın mərkəz hissəsində künbəzəoxşar qalxma sahələri yerləşmişdir. Bu növ yüksəkliklər Cənubi Norveç yarımadasında daha geniş sahəni tutur.
Skandinaviya ölkələri
Skandinaviya (norv. və fin Skandinavia, dan. və isv. Skandinavien) — Avropanın şimalında mərkəzi Skandinaviya yarımadası olan tarixi-mədəni region. Bir qayda olaraq İsveç, Norveç və Danimarka Skandinaviya sayılır. Bunda başqa Skandinaviyaya çox vaxt İslandiyanı və Finlandiyanı, eləcə də Farer adalarını əlavə etməklə, bu termini Şimali Avropa anlayışı ilə yaxınlaşdırırlar.Şimal ölkələrinin bir hissəsi olanda, uzaq Norveç adaları Şpitsbergen və Yan Mayen Skandinaviyada deyil, Danimarka Krallığının tərkibindəki olan Qrenlandiyanın ərazisində yerləşir. Farer adaları bəzən bura daxil edilir. == Toponimiya == Skandinaviya adı əvvəlcə keçmiş Danimarka bölgəsinə aid idi. Skandinaviya adı erkən dilçi və mədəni Skandinavist hərəkatı tərəfindən 18-ci əsrin sonlarında təqdim edildi və bundan sonra istifadəyə verildi. Skandinaviya əhalisinin əksəriyyəti əvvəllər Skandinaviyanın cənub hissəsində məskunlaşmış və qədim norveç dili halına gələn və alman dilində danışan bir neçə Şimali Alman qəbiləsindəndir.
Skandinaviya Hava Yolları
Skandinaviya Hava Yolları və ya SAS (ing. Scandinavian Airlines System (SAS), Skandinaviya Hava Yolu Daşımaları Sistemi (SAS)) — Danimarka, Norveç və İsveçin çox millətli hava yolu daşımaları və bu Skandinaviya ölkələrində öndə gələn aviaşirkətdir. Mərkəzi İsveçin paytaxtı Stokholmdadır. Sahibi SAS AB dir. Star Alliance-nın bir qurucu üzvüdür və bununla birlikdə Air Greenland, Linjeflyg, Spanair, Thai Airways International və AIRLINE Scanairın da qurucusudur. SAS-ın Estoniya Hava Yollarınınin 49% hissəsini almışdır. Kopenhagen, Avropa və qitələr arası xidmətlər üçün mərkəz kimi xidmət edir. 2006-cı ildə bu aviaşirkət 25 milyon sərnişini daşıdı.