skripkasız
skuns
OBASTAN VİKİ
Skumbriya
Skumbriya (lat. Scomber) — Xanıkimilər dəstəsinə, Skumbriyakimilər fəsiləsinə aid cins. Bədənlərinin maksimal uzunluğu 64 sm, orta uzunluğu 30 sm təşkil edir. Yetkin fərdlər kiçik balıqlar və kalmarlarla qidalanırlar. Aralarında hannibalizm yayılmışdır. Onlarla Balinalar, Köpəkbalığı, Delfinlər, Dəniz şirləri və Qutanlar qidalanır. Avstraliya skumbriyası (Scomber australasicus) Afrika skumbriyası (Scomber colias) Yaponiya skumbriyası (Scomber japonicus) Atlantika skumbriyası (Scomber scombrus) Skumbriyalar qiymətli sənaye əhəmiyyətli balıqlardır. Onların əti olduqca yağlı olur. Ətinin tərkibi B12 vitamini ilə zəngindir. Xırda sümüklərinin olmaması və dadlı əti onun sənaye əhəmiyyətini artırır.
Skumbriyakimilər
Skumbriyakimilər (lat. Scombriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Skumbriyalar
Skumbriyalar (lat. Scombridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 15 cinsə aid 51 növ daxildir. Fəsilənin özünəməxsus xüsusiyyəti gözün ətrafında sümüklü halqanın olmasıdır. Skumbrların hər biri kürəyindəki xüsusi şırıma yerləşə bilən iki kürək üzgəci olur. Arxa üzgəci möhkəm olub, geniş haçalanmış şəkildədir. Skumbrlarda ya sikloid pulcuqları ya olmur, ya da cüzi olur. Fəsiləyə aid növlərin uzunluğu 20 sm-lə 4,5 m arasında dəyişir. Sonuncu rekord uzunluq Cənub göy tunesinə (Thunnus maccoyii) məxsusdur. Skumbrlar açıq dənizdə qidalanan yırtıcı balıqlardır.

Значение слова в других словарях