Somu

Ən qara çörək növünün adıdır. Dialekt və şivələrimizdə bu sözün omonimliyi müşahidə olunur. Belə ki, bu söz İrəvan şivəsində “ən qara çörək” mənasında işlənir. İrəvan, Üçkilsə, Vedi, Zəngibasar şivələrində “peç, soba” mənasını ifadə edir. Kalinino şivəsində “fırında bişirilmiş iri çörək” mənasını bildirir. Qazax dialektində, Gürcüstanın Başkeçid, Bolnisi, Borçalı şivələrində “kömbə” mənasında işlənir. (11, 443)
Soğut
Somun
OBASTAN VİKİ
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Somuqlu (Miyanə)
Somuqlu (fars. سمكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (8 ailə).

Значение слова в других словарях