Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolonyeze sousu
Bolonyeze sousu (italyan dilində: Ragù alla bolognese, fransız dilində: Sauce bolognaise) - İtaliya mətbəxinə aid olan və ilk dəfə XVIII əsrdə Boloniya makaron evində meydana çıxan ətli sous. Bolonya sakinləri Bolonyeze sousunu adətən təzə talyatelle (makaron məhsullarından biri olan olan lapşanın bir növü) və tərəvəzdən hazırlanan lazanya ilə birlikdə süfrəyə verirdilər. Bolonyeze sousu kartof püresi ilə birlikdə servis edilməsi hallarına da rast gəlmək mümkündür.
Qoz sousu
Satsivi və ya Qoz pastası (gürc. საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Aillade sousu
Aillade sousu Cənubi Fransız mətbəxindən olan sarımsaqlı vinaigrettedir (salat bsousu). O, adətən soyuq ət, balıq, kartof və sirkə souslu (vinaigrette) tərkibli yeməklərlə verilir. Sousu hazırlamaq üçün qoz və sarımsaq bərabər əzilir. Mayonez hazırlanırmış kimi əzməyə yavaş-yavaş yağ əlavə edilir. Ona, həmçinin şüyüd, frank cəfərisi, duz, qara bibər və cəfəri kimi ədviyyatlar da əlavə edilə bilər. XVIII əsrdə, M. Duchatın dediklərinə görə, aillade sousu Lanqedokda yoxsul insanlar tərəfindən yedikləri ət xörəkləri üçün hazırladıqları bir sous idi.
Bearnisk sousu
Bearnisk sousu və ya Béarnaise sousu fransız mətbəxindən olan yağlı sousdur. Bəzi mənbələr bu sousun Béarn regionuna mənsub olduğunu iddia edirlər. Bəzi mənbələrdə isə Bearnisk sousunun kərə yağı ilə deyil, zeytun yağı ilə hazırlandığı qeyd edilmişdir. Fransız yemək kitabı olan Larousse Gastronomique kitabında, Bearnisk sousunun Fransız mətbəxinin ən dadlı souslarından biri olduğu iddia edilmişdir. == Hazırlanması == Yumurta sarısı ilə qatılaşdırılmış kərə yağına soğan və ağ şərab sirkəsi əlavə edildikdən sonra ona tərxun da vurulur və bununla da dadı daha da gözəl edilir.
Beşamel sousu
Beşamel sousu (fr. sauce béchamel) - fransız mənşəli ağ yemək sousudur. Xüsusilə lazanya kimi xəmir yeməklərində istifadə olunur. Bu sousdan xüsusilə də digər souslar əlavə ediləcəyi zaman ilk addım kimi istifadə olunur. == Haqqında == Fransız mətbəxinin əsas souslarından biri hesab edilən bu sous un və süd əlavə edilərək əldə edilir. Sousun tutarlılığı un nisbətindən asılı olaraq dəyişiklik nümayiş etdirir. Sousun adı François Pierre La Varenne (1615 - 1678) tərəfindən yaradılmış olan Le Cuisinier François (təsis tarixi: 1651) ilə eynidir.
Sitrus sousu
Sitrus sousu (fr. Sauce bigarade) Fransız mətbəxindən olan və sitrus meyvələrindən hazırlanan sous növüdür. Bu sous xüsusilə ördəklə bərabər verilir. Ördəyin bişirilmə üsulundan asılı olaraq sitrus sousunu hazırlamaq üçün müxtəlif yollar mövcuddur. Ördək öz şirəsində zəif odda bişirildikdə, sirkə və şəkəri kiçik bir qazanda karamelize olana qədər qızdırılır. Daha sonra ördəyin bişirildiyi su əlavə edilib qaynadılır. Sous azaldığı zaman, təzə sıxılmış sitrus meyvələri və limon suyu sousa əlavə edilir. Sous yenidən qaynadılır və süzgəcdən keçirilir. Qızardılmış sitrus və limon qabıqları da sousa əlavə edilir. Ördək yağda qızardıldığı zaman, bişirildiyi tavada ağ şərab, bulyon (ət suyu), karamelize edilmiş sirkə və şəkər qaynadılır.
Tomat sousu
Pomidor sousu və ya tomat sousu əsasən pomidordan hazırlanan və yeməyin bir hissəsi kimi təqdim edilən sousdur. Tomat sousları ət və tərəvəzlər üçün geniş istifadə edilsə də, çox makaron yeməkləri ilə bərabər istehlak edilirlər. İtaliyada ona Napoletana sousu deyirlər.
İspan sousu
İspan sousu və ya Espagnole sousu, qovrulmuş un və yağ qarışığının sümük bulyonuna əlavə edilməsi ilə hazırlanan Fransız mətbəxinin souslarından biridir. Bu sous ənənəvi olaraq demi-glacenin hazırlanması üçün istifadə edilmiş olsa da, lakin müasir demi-glace mal əti bulyonunun qaynadılması və azaldılması ilə hazırlanır.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Özbəkistan sumu
Özbəkistan Sumu (Özbəkcə: soʻm, сўм, ISO 4217 kodu: UZS) Özbəkistanda 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rubl 1992-ci ilə qədər istifadə olunmağa davam edildi və sonra Sum Kupon adlı pul vahidi istifadə olunmağa başlandı. O illərdə yeni qurulmuş müstəqil iqtisadiyyat səbəbindən sürətlə dəyərini itirən Sum Kupon əskinasları dövriyyədən çıxarıldı və yeni Sum əskinasları ilə əvəz olundu. Özbəkistan Prezidenti İslam Kərimovun 16 iyun 1994-cü il tarixli və 870 nömrəli qərarı əsasında 1 iyul 1994-cü il tarixində Sum kuponu əvəzinə Sum istifadə edilməyə başlandı. Sum sözü Qırğız, Uyğur, Özbək və bir çox digər türk dillərində "təmiz"(saf) mənasını verir. 15 Noyabr 1993-cü ildə Özbəkistanın yeni pul vahidi olan Sum təqdim edildi.
Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi. Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.
Aviasiya şousu
Aviasiya şousu (aviaşou) — xüsusi təşkil edilmiş şouda təyyarəni idarə etmək bacarığını göstərilməsi. Aviasiya texnikanın göstərilməsi də deyilir. == Tarix == Birinci Dünya Müharibəsindən sonra təcrübəli döyüş pilotları yeni bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Bir çox amerikalı pilot uçuş sirklərində çıxış etməyə, ölkənin kiçik şəhərlərini gəzməyə və uçuş bacarıqlarını nümayiş etdirməyə və sərnişin daşımalarını təşkil etməyə başladı. Nəticədə bu pilotlar birləşməyə və daha mütəşəkkil aviaşou keçirməyə başladılar. Hava yarışları və akrobatik stunları göstərən bir aviaşou, ölkə daxilində hərəkət etdilər. Hava yarışları mühərrik performansının yaxşılaşdırılmasına və gövdənin inkişafına təkan verdi — məsələn, Schneider Kuboku daha sürətli və daha rasional monoplan layihələrinin yaradılmasına səbəb oldu, ən yaxşısı Spitfire-in birbaşa sələfi Supermarine S.6B oldu. Pul mükafatları pilot və dizaynerlər arasında rəqabəti artırdı və irəliləməni xeyli sürətləndirdi. Amelia Earhart bəlkə də çoxsaylı aviaşoularının ən populyar üzvü idi. O, Atlantik və İngilis kanalı üzərindən uçuş kimi rekordlar vuran ilk qadın idi.
Trumanın şousu
Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar. Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir. Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar.
Qarfildin şousu
Qarfildin şousu (ing. The Garfield Show) — "Dargaud Media" və "Paws, Inc." tərəfindən hazırlanmış fransız–amerikan animasiya serialı. Cim Devisin yaratdığı "Qarfild" karikaturası əsasında çəkilib. Animasiya serialında Qarfild, Odi və sahibləri Con Arbaklın sərgüzəştlərindən bəhs edilir. 1988-ci çəkilmiş "Qarfild və dostları" cizgi serialı üzərində işləmiş Devis və prodüser Mark Evanier bu animasiyanın hazırlanması üçün yenidən bir araya gəliblər. Personajlar Frank Welker, Wally Wingert, Julie Payne, Jason Marsden və Gregg Berger tərəfindən səsləndirilib.
Eşşək şousu
Eşşək şousu — qadının eşşəklə zoofilik əlaqədə olduğu canlı seks şousu növü. Şəhər əfsanəsinə və bəzi bədii əsərlərə görə, bu, bir vaxtlar Meksikanın sərhəd şəhəri Tixuanada, xüsusən XX əsrin ortalarında həyata keçirilmişdir. Qustavo Arelyano "Meksikalıdan soruş" adlı köşə yazısında bu cür eşşək şoularının real olmadığını iddia etmişdir. 2008-ci ilin sonlarında Tixuanaya səfər etmək üçün bir səbəb kimi qeyd edilmişdir. == Populyar mədəniyyətdə == 2005-ci ildə bu terminin "tam qarışıqlığa" çevrilmiş vəziyyəti təsvir etmək üçün istifadə edildiyi iddia olunmuşdur. Buna misal olaraq Meksikada hökumət və xəbər mediasının vəziyyəti göstərilmişdir.
Şomu Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir. Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur.
Osamu
Osamu — Yaponiya adı Osamu Dezaki — Yaponiya animasiya rejissoru və ssenarist. Osamu Tezuka — yapon Manqaka sənətçisi. Osamu Yamaci — keçmiş Yaponiya futbolçusu. Osamu Taninaka — keçmiş Yaponiya futbolçusu. Osamu Maeda — keçmiş Yaponiya futbolçusu. Osamu Dazai — Yaponiya yazıçısı.
Saumur
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Sofulu
Sofulu (Qarakilsə) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisiyan rayonunda kənd. Sofulu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Sofulu (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Sofulu (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd.
Sopdu
Sopdu — (həmçinin Septu və ya Sopedu kimi tərcümə olunur) Qədim Misir dinində göyün və şərq sərhəd bölgələrinin tanrısı idi. Hensitin əri idi. Göy tanrısı olaraq Sopdu, Orion bürcünün təcəssümü olan Sak tanrısı və Sirius ulduzunu təmsil edən ilahə Sopdet ilə əlaqələndirilirdi. Piramida Mətnlərinə görə, Sopdu və böyük göy tanrısı Horusun birləşməsindən ibarət olan Hor-Sopdu, Osiris-Saha və İsis-Sopdet nəslindəndir. Hesab olunurdu ki, şərq tanrısı Sopdu Misirin sərhədlər boyu postlarını qoruyur və firona bu bölgələrin əcnəbi sakinlərini idarə etməkdə kömək edir. O, Şərqin Rəbbi adlanırdı. Onun Sinay yarımadasındakı Misir yaşayış məntəqələrində, məsələn, Serabit əl-Xadimdəki firuzəyi mədənlərində ziyarətgahları var idi. Sopdunun adı kəskinlik heroqlifindən, uclu üçbucaqdan və üçüncü şəxs cəm şəkilçisindən (bildirçin) düzəlib; beləliklə, onun adının hərfi tərcüməsi sərtdir. Piramida mətnlərində onun ölən fironun dişlərini qoruduğu deyilir. Sopdu dini bayraqda oturan, tez-tez başında iki lələkli tac və çiynində yellək olan şahin kimi təsvir edilmişdir.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Sınmu
Sınmu - Koreyalıların milli rəqsləridir. Koreyanın ən çətin və qəşəng rəqsi hesab olunur. Necə yarandığı haqqında məlumat yoxdur. Sınmunu rəqs edən rəqqaslar canqsam geyinirlər. Həmçinin rəqqasların böyük şlyapası olmalıdır. Canqsamın çox uzun ətəyi var. Ən vacib olan isə rəqsdə barabanın səsidir. Rəqs 8 mərhələdən ibarətdir. Rəqsin sakitliyi və axan hərəkətlərin bir-birini əvəz etməsi onun ən gözəl Koreya rəqsi olmasına səbəb olmuşdur. Rəqqasın uzun və ağ qolları hərəkətləri, ağ papağının sükunəti, nəfəs kisici bir fasiləsi və sonradan isə bir ruhun hərəkətə keçirici hərəkatı Sınmunun unikal edir.
Soylu
Soylu (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Soylu Atalı — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Süleyman Soylu — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016–2023).
Adumu
Adumu və ya masai tullanma rəqsi — Keniya və Tanzaniyada yaşayan masai xalqının ifa etdiyi rəqs növü. Gənc masai döyüşçüləri ümumiyyətlə toylar, dini ayinlər və digər əhəmiyyətli mədəni tədbirlər də daxil olmaqla mərasimlərdə enerjili və akrobatik rəqs nümayiş etdirirlər. == Etimologiyası == Müxtəlif mənbələr tərəfindən verilən bir sıra müxtəlif şərhlər var. Buna görə "adumu" termininin dəqiq mənşəyi və etimologiyası tam məlum deyil. "Adumu" sözünün masaimənşəli olduğu, "atlanmaq" və ya "sıçrayış" mənasını verən "dumu" felindən əmələ gəldiyi düşünülür. Bu fikrə görə, "adumu" sözü xüsusi olaraq rəqsin əsas komponenti olan tullanma və sıçrayış hərəkətlərinə aid edilir. Rəqsin özü masai mədəniyyətinin və kimliyinin mühüm tərkib hissəsidir. Terminin etimologiyası ilə bağlı çaşqınlığa baxmayaraq, adı masai icması daxilində və xaricində yaxşı tanınır. == Tarixi == Keniya və Tanzaniyada yaşayan masai xalqı adumu ənənəvi rəqsi ilə qarışıq bir tarixə və mədəniyyətə malikdir. Rəqsin mənşəyi qeyri-müəyyəndir, lakin onun masai döyüşçülərinin döyüş üçün məşq etmələri və dözümlülüklərini, çevikliklərini və gücünü nümayiş etdirmələri üçün bir üsul olaraq inkişaf etdirildiyi düşünülür.
Lazer işıq şousu
Lazer işıqlandırma ekranı və ya lazer işıq şousu — məşhur olan səhnə işıqlandırma növlərindən biridir. Bu, tamaşaçıları əyləndirmək üçün lazer işığından istifadəni nəzərdə tutur. Lazer işıq şousu yalnız musiqi ilə tənzimlənərək proqnozlaşdırılıb əks etdirilən lazer şüalarından ibarət ola bilər və ya sadəcə olaraq musiqi performansları kimi əyləncə formalarını müşayiət edir. Bununla bərabər eyni teatr tüstüsü və duman da istifadə edilə bilər.
Trumanın şousu (film, 1998)
Trumanın şousu (ing. The Truman Show) — Piter Uirin rejissorulu ilə 1998-ci ildə çəkilmiş film. Filmdə Cim Kerri, Lora Linni, Ed Harris və Nataşa Makelhon kimi ulduzlar yer alıblar. Trumanın şousunun ABŞ-də gəliri 125,618,201 dollar, beynəlxalq gəliri 138,500,000 dollar, ümumi qazanc isə 264,118,201 dollara çatmışdır. Film ABŞ-də ilk nümayişə girdiyi həftə 31,542,121 gəlir əldə etmişdir. Truman Burbank gözəl bir adada yaşayır, işi evi və həyat yoldaşı var. Ancaq Trumandan başqa hamsı bunların yalan və oyun olduğunu bilir. Trumanın gerçək saydığı həyatı əslində studiyalarda otuz ildir aralıqsız və reklam verilmədən 24 saat boyunca canlı olaraq televiziyada yayınlanmaqdadır. Trumanın anası, atası və həyat yoldaşı ümumiyyətlə bütün ailəsi də saxtadır. Uşaqlığında belə film çəkilən kinostudiyadan başqa xarici dünyanın olmadığını Trumana razı salmağa çalışmışlar.
Avropa Kompüter Ticarət Şousu
European Computer Trade Show (ECTS, azərb. Avropa Kompüter Ticarət Şousu‎) — Avropada IT sahəsinə, xüsusilə də kompüter oyunları sənayesinə həsr olunan illik tədbir. Birinci tədbir 1989-cu ildə, axırıncı tədbir isə 2004-cü ildə keçirilmişdir. == Tarixi == İlkin olaraq, ECTS sadəcə sənayedəki peşəkar şəxslər və jurnalistlər üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq, icazəsiz şəxslər tez-tez saxta kimliklərlə tədbirdə iştirak edirdi. Bu kimi halların çox olması tədbirin ictimaiyyətə açıq şəkildə keçirilməsinə səbəb olmuşdur. ECTS tədbirləri 1995-ci ildəki tədbir istisna olmaqla, hər ilin avqust–sentyabr aylarında keçirilirdi. Tədbir həmişə Böyük Britaniyanın paytaxtı olan London şəhərində keçirilmişdir. Tədbirin təşkilatçısı "CMP Media" 2005-ci ilin aprel ayında tədbiri ləğv etdiklərini anons etmişdir.
Suoxu
Suoxu (lat. Butomus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinə aid bitki cinsi. Butomus junceus Turcz.
Youku
Youku (azərb. Yuku‎) — Çinin paytaxtı Pekində yerləşən video paylaşma, video-hostinq sistemidir. Alibaba Group Holding Limited-in şirkətlərindən biri kimi fəaliyyət göstərir. Youkunun mərkəzi Pekinin Haidian bölgəsində yerləşən Sinostil Plazanın beşinci mərtəbəsindədir. 12 mart 2012-ci il tarixində Youku Tudou ilə stoka hazır bir əməliyyatda birləşmək barədə bir razılığa gəldi. Yeni müəssisə "Youku Tudou" şirkəti adlandırıldı. Youkunun gündəlik 800 milyon baxışı və 500 milyon aktiv istifadəçisi vardır. Youku iQiyi, Sohu və 56.com ilə birlikdə Çinin ən böyük video və yayım xidmət platformalarından biridir. Youku 2003-cü ilin mart ayında əvvəlcə "Sohu" şirkətində çalışan Viktor Ku (Qu Yonqkin) tərəfindən qurulmuşdur. Saytın ilkin maliyyələşdirilməsi Ku tərəfindən yığılmış 1Verge fondundan gəldi.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Sobu
Sobu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. Əsasını Şamlı tayfaları qoymuşdur. Sobu kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsinin 1827-ci ildə Cənubi Azərbaycanın Sobu kəndindən köçüb gəlmiş ailələr salmişlar. Miqrant toponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zəngilan rayonu ərazisində çay. Xaçın çayının sağ qoludur. Ədəbiyyatlarda Sobudərə kimi da qeydə alınmışdir.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.